Bazar, 1 Fevral, 2026

KarnegiKlub 8-illiyinə həsr edilmiş Uğur Forumuna 2 gün qaldı - Qeydiyyat üçün tələsin!


  • Dərc edildi: 22 Fevral, 2019 - 04:34
KarnegiKlub 8-illiyinə həsr edilmiş Uğur Forumuna 2 gün qaldı - Qeydiyyat üçün tələsin!

KarnegiKlub 8-illiyinə həsr edilmiş Uğur Forumuna 3 gün qaldı
24 fevral 2019-cu il tarixində KarnegiKlub Treninq mərkəzi yaradılmasının 8-illiyi münasibətilə Bakı şəhərində Avropa Azərbaycan məktəbinin böyük zalında möhtəşəm tədbir keçirəcək. Hər zaman unikal və faydalı treninqləri ilə seçilən KarnegiKlub, bu il “UĞUR FORUMU” və “NATİQLİK ÇEMPİONATI” keçirərək tədbirin marağını, rəngarəngliyini və intellektuallığını artıracaq.
Bu il keçirilən tədbirdə “UĞUR FORUMU” çərçivəsində ölkəmizin ictimai və biznes sektorunda kifayət qədər tanınmış məruzəçilərin:
Rəşad Bayramov,
Elvin Dadaşsoy,
Cəlalə Nəzəroğlu,
Təbriz Hacınski,
Şəmsi Bayramzadə,
Xəqani Hüseynov,
Ramil Cabbarov,
Taleh Yüzbəyov və
Nəcəf Allahverdiyevin çıxışları yer alacaq.
8-illik tədbirin “NATİQLİK ÇEMPİONATI”nda isə, iştirak etmək istəyən bütün iddiaçılardan münsiflər heyəti tərəfindən ən uğurlu 8 nəfər seçilərək FİNAL mərhələsinə keçəcək. Qalibləri dəyərli hədiyyələr gözləyir:
I yer 1000 AZN (həcmində hədiyyə)
II yer 500 AZN (həcmində hədiyyə)
III yer 300 AZN (həcmində hədiyyə)
Forumu təşkil edən KarnegiKlub Treninq mərkəzi artıq 8 ildir fəaliyyət göstərir. Bu illər ərzində 5000-dən çox insan, 200-dən çox açıq və korporativ qrup “Xarizmatik Natiq”, “Effektiv satış”, “Mind Map (Beyin Xəritəsi)” və digər treninqlərdə iştirak edib. Eyni vaxtda 200, 450, 600 nəfərlik auditoriyaya şəxsi inkişaf mövzusunda təlimlər keçirilib. Gənclərin, biznesin, idarəçiliyin inkişafı üçün keçirilən treninqlər ali məktəblərdə, dövlət və özəl sektoru əhatə edir.
Tədbirdə istənilən şəxs iştirak edə bilər. İştirak ödənişlidir. Biletləri əldə etmək üçün:
077 444 14 00 (WhatsApp) nömrəsinə yazın və ya zəng edin
və ya bu linkdə qeydiyyatdan keçin: https://goo.gl/forms/i9YziQwgne0cLHla2
Natiqlik çempionatda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat yanvarın 31-i gecə saat 23.59-da bitir və bunun üçün növbəti linkdən istifadə edilə bilər: https://goo.gl/forms/YkT0QTff5Vfee9zN2
Forumun təşkilatçısı beynəlxalq dərəcəli biznes təlimçi, KarnegiKlub treninq mərkəzinin rəhbəri Dr.Nəcəf Allahverdiyev 8-illik tədbirlə bağlı fikirlərini bölüşərək bildirdi ki, “UĞUR FORUMU” və “NATİQLİK ÇEMPİONATI” Vətənimizdə insanları şəxsi inkişafı və biznesin irəli aparılması sahəsinə xüsusi töhfə verəcək.

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 143
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 233
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 349
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 449
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 52
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 336
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 57
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 120
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 141
Zirə qəsəbəsinə aqro...