Cümə axşamı, 9 Aprel, 2026

“Karyeranı qur” layihəsi


  • Dərc edildi: 20 Aprel, 2019 - 11:57
“Karyeranı qur” layihəsi

Gənclərin İnkişaf və Karyera Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə məşğulluğun inkişafına dəstək olmaq məqsədilə “Karyeranı qur” layihəsini təqdim edir. Layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində əmək bazarında iş axtaran insanlar hər gün müxtəlif təlim və seminarlarda iştirak edəcəklər. Təlimlər həftənin 5 günü saat 10:00-13:00 arası olmaqla həyata keçiriləcək. Layihə periodu - iş axtarma bacarıqlarının inkişafı təlimləri - departamentlərdə iş - fəal iş axtarma metodları - şəbəkənin genişləndirilməsi - əldə edilmiş nəticələrin təhlili -motivasiyanın təmin edilməsi olmaqla bir neçə mərhələdən ibarətdir. Layihə 2 həftə davam edəcək, iştirakçılara layihənin sonunda sertifikat və tövsiyə məktubları veriləcək. İştirakçılar müxtəlif təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran gənclərdən 15 nəfər olmaqla seçiləcək. İştirakçıl

arın seçimi aşağıdakı meyarlara əsasən aparılacaq: • Namizəd ali təhsilli (təhsilini bitirmiş) olmalı; • Motivasiyalı olmalı; • Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı; Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri müxtəlif təlim, seminarlar və layihələr təşkil edərək məşğulluğun inkişafı üçün əsaslı addımlar atmaqdır. Layihədə iştirak ödənişsizdir. Layihədə iştirak etmək üçün qeydiyyatdan keçin. Qeydiyyat üçün: http://bit.ly/2Dj3sAo Son qeydiyyat tarixi 24 aprel #baku #Azerbaijan #youthacademy #business Daha ətraflı: [email protected] ? (+994) 70 440 51 43 (+994) 12 440 51 43 ?Nəsimi r., Kaveroçkin küç. 30 (Amerika Səfirliyi ilə üzbəüz)

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 19
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 18
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 279
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 456
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 108
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 101
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1155
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 620
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 339
Məktəblilər üçün "FI...