Şənbə, 21 Mart, 2026

“Kaspi” Təhsil Şirkətinin İnsan Rusurslarında 2 Vakansiya! - SON GÜN


  • Dərc edildi: 7 Mart, 2018 - 02:02
“Kaspi” Təhsil Şirkətinin İnsan Rusurslarında 2 Vakansiya! - SON GÜN

1) Vakansiya: İnsan resursları departamentinin rəhbəri Minimum vakansiya tələbləri: →​Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi; →​Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti; →​MS Word, MS Excel, MS PowerPoint, MS Outlook proqramlarında sərbəst iş qabiliyyəti; →​Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti; →​Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti; →​İnnovativlik və yaradıcılıq bacarığı; →​Vaxtın səmərəli idarə olunması bacarığı; →​İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər. Vəzifə öhdəlikləri: →​“Kaspi” təhsil şirkətinin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi; →​İnsan resurslarının planlaşdırılması və idarəedilməsi; →​Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması; →​İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi; →​Müntəzəm olaraq “Kaspi” təhsil şirkətinin bütün struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək; →​“Kaspi” təhsil şirkətində bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; →​Müntəzəm olaraq (3, 6 və ya 12 aydan bir) əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; →​İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması; →​Ehtiyaclara əsasən təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi; →​Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması; →​İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması; →​Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi. İş saatları: I-V günlər, 9:00-18:00 İş yeri: “Kaspi” təhsil şirkətinin baş ofisi (Ünvan: Xocalı pr.57A, Kaspi Ağ Şəhər liseyi) Elan tarixi: 07.02.2018 Son müraciət tarixi: 07.03.2018 Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.  

/career">İŞƏ MÜRACİƏT FORMASI
2) Vakansiya: İnsan resursları üzrə mütəxəssis Minimum vakansiya tələbləri: →İqtisadiyyat, Menecment, Biznesin təşkili sahəsində bakalavriatura dərəcəsi; →İnsan resurslarının idarə edilməsi sahəsində bakalavriatura və ya magistratura təhsili alanlara üstünlük verilir; →Sahə üzrə minimum 2 illik iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: →Əmək qanunvericiliyi ilə bağlı bilik və əmək məcəlləsi ilə işləmək qabiliyyəti; →Azərbaycanda dilində səlis, ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti. Rus dili biliyi üstünlükdür; →MS Word, MS Excel, MS Power Point proqramlarında sərbəst iş qabiliyyəti; →Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti; →Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat qabiliyyəti; →Vaxtın səmərəli idarə olunması bacarığı. Vəzifə öhdəlikləri: →“Kaspi” Təhsil Şirkətinin ştat cədvəlinin idarə edilməsi və tələb olunan bütün dəyişikliklərin vaxtında aparılması; →İnsan resurslarının planlaşdırılması - əmək bazarının araşdırılması və təhlil olunması, şirkətin struktur bölmələri üzrə ehtiyacların müəyyən olunması; →Vakansiya üzrə iş elanlarının hazırlanması, mövcud elanların təkmilləşdirilməsi; →İşə qəbul üzrə bütün mərhələlərin təşkil olunması və effektiv aparılmasının təmin olunması; →Namizədlər üzrə məlumat bazasının idarə olunması; →Yeni işçilərin adaptasiya prosesinin təşkili və həyata keçirilməsi, tələb olunduğu zaman oriyentasiya təqib formasının təkmilləşdirilməsi; →Müvafiq vəzifəyə yeni təyin olunmuş işçilərin sınaq müddətinin izlənməsi, sınaq dövründə fəaliyyətinin dəyərləndirilməsi və sınaq dövründə fəaliyyətin dəyərləndirilmə formasının təkmilləşdirilməsi; →İşçi heyətinin şirkətin Daxili İntizam Qaydalarına riayət etməsinə nəzarətin həyata keçirilməsi və qayda pozuntuları zamanı müvafiq tədbirlərin görülməsi. İş saatları: I-V günlər, 9:00-18:00 İş yeri: “Kaspi” Təhsil Şirkətinin baş ofisi (Ünvan: Xocalı pr.57 A, Kaspi Ağ Şəhər liseyi) Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı və nahar Elan tarixi: 07 Fevral 2018 Son müraciət tarixi: 07 Mart 2018 Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər. Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq. İŞƏ MÜRACİƏT FORMASI

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 161
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 40
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 45
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1040
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 475
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 279
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 521
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 147
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 397
Digital Marketing üz...