“Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili” layihəsi çərçivəsində infotur - İştirak Ödənişsiz!




İnfotur üçün MÜRACİƏT FORMASI


Son müraciət tarixi: 21.06.2019, saat 24:00-dək









İnfotur haqqında məlumat:




Bu infotur Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm ictimai birliyinin icra etdiyi “Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili” layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində hər qrupda 20 nəfər olmaqla 2 qrup yaradılacaq və hər qrup üçün 2 günlük infotur təşkil ediləcəkdir. 1-ci qrup (20 nəfər) infotur iştirakçıları 05-07 iyul 2019-cu il tarixində Lənkəran -Lerik, 2-ci qrup (20 nəfər) infotur iştirakçıları isə 12-14 iyul 2019-cu il tarixində Quba –Xaçmaz istiqamətində kənd turizmi imkanları ilə tanış olacaq, o cümlədən kənd yerlərindəki adət ənənələr, kənd əhalisinin məşğuliyyəti, kənd turizmi üçün əlverişli kəndlərin tarixi görməli yerləri və s. ilə tanış olacaq, infotur çərçivəsində təşkil ediləcək əyləncəli proqramlarda iştirak edəcəklər.
İnfoturun məqsədi səfər edilən regionların kənd turizmi potensialını maksimum səviyyədə təbliğ etmək və istehlakçılara çatdırılmasını təşviq etməkdir.







Təşkilatçı haqqında məlumat:




Layihə icraçısı “Şəfəq” Ekoturizm ictimai birliyidir. Məlumat üçün bildiririk ki, təşkilat 05 mart 2005-ci il tarixdə Lənkəran şəhərində təsis edilmiş, 31 may 2005-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Birliyin fəaliyyət dairəsi ölkə ərazisini əhatə edir. Birlik yarandığı gündən etibarən bu günə qədər yerli və xarici təşkilatların dəstəyi ilə Nizamnaməsində qeyd olunan məqsədlərə çatmaq üçün bir çox layihələr həyata keçirmişdir. Təşkilat fəaliyyəti çərçivəsində bir çox Dövlət, özəl, yerli və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.







İştirakçıların profili:




Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və başqa uyğun sahələrdə çalışan, eləcə də digər ictimai-fəal olan (fəal sosial şəbəkə istifadəçiləri arzuolunandır) 18 yaşdan - 35 yaşadək olan şəxslər iştirakçı olmaq üçün müraciət edə bilər.







Müraciət proseduru və iştirakçıların seçimi:




Təşkilatçılar iştirakçıları onların yuxarıda qeyd olunan profillərinə və müraciət formasında əks olunan müraciətçinin əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun seçəcəklər. Seçilmiş namizədlərə 29.06.2019 tarixində məlumat veriləcək və lazımi texniki-təşkilati dəstək göstəriləcəkdir. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda infotur başlamasından ən azı 3 gün əvvəl təcili olaraq təşkilatçılara məlumat verməlidir.







Müraciətin son tarixi:




Müraciət forması namizəd tərəfindən doldurularaq 21.06.2019-cu il, saat 24:00-dək göndərilməlidir.







İnfoturun keçirilmə tarixi və yeri:




1-ci qrup üçün infotur Lənkəran və Lerik rayonu üzrə 05.07.2019 tarixində saat 15:00-da başlanır və 07.07.2019 tarixində saat 18:00-da yekunlaşır. 2-ci qrup üçün infotur Quba və Xaçmaz rayonu üzrə 12.07.2019 tarixində saat 15:00-da başlanır və 14.07.2019 tarixində saat 18:00-da yekunlaşır. İştirakçıların yerləşməsi (gecələməsi) qruplar üzrə müvafiq olaraq cənub istiqamətində Lerik rayonunda, şimal istiqaməti üzrə Xaçmaz rayonunda turistlər üçün istifadə edilən KƏND EVLƏRİndə nəzərdə tutulmuşdur. Yerləşmə məkanı ilə bağlı dəyişiklik olduğu təqdirdə seçilmiş namizədlər bu barədə məlumatlandırılacaqdır.







İştirakçıların xərcləri:




İnfotur zamanı iştirakçıların QİDALANMA, kənd evlərində YAŞAYIŞ, infotur zamanı NƏQLİYYAT xərci təşkilat tərəfindən qarşılanır.







Əlaqə vasitələri:




Layihə rəhbəri: Vamiq Babayev
Mob., Wp +994 55 719 20 68
+994 50 368 30 78







Müraciət formasını doldurmaq üçün növbəti səhifəyə aşağıdakı Linkdən keçid edin.







Paylaş