Çərşənbə, 8 Aprel, 2026

Kənd yaşıl turizmin təbliği istiqamətində Lerik və Lənkəran rayonlarına İNFOTUR təşkil edilib


  • Dərc edildi: 9 İyul, 2019 - 06:35
Kənd yaşıl turizmin təbliği istiqamətində Lerik və Lənkəran rayonlarına İNFOTUR təşkil edilib

Kənd yaşıl turizmin təbliği istiqamətində Lerik və Lənkəran rayonlarına İNFOTUR təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində 06 iyul 2019-cu il tarixindən başlayan təbliğat xarakterli 2 günlük İNFOTUR yekunlaşdı. İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər sosial-fəal 20 nəfərdən ibarət şəxslər layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə və infotur proqramı haqqında məlumatları aldıqdan sonra Lerik rayonunda Günəşli şəlaləsi, Buzeyir mağarası, Uzunömürlülər muzeyi, Hamarmeşə kənd sakini fərdi sahibkar Fərman Haşımovun arıçılıq təsərrüfatı ilə tanış olub, bal məhsullarının hazırlanması və digər məlumatları təsərrüfat sahibi tərəfindən aldıqdan sonra çay süfrəsi arxasında təbii bal məhsullarının dadına baxıb, alış ediblər. İnfotur iştirakçıları Lerik rayonun Hamarmeşə kəndində yerləşdikləri kənd evlərinin birində - Elşən Məmmədovun təsərrüfatında mal-qara və toyuq-cücə yemləmək, tərəvəz məhsullarının yığımı, əkinin alaq edilməsi, ağacları suvarmaq, təbii kənd məhsullarından yemək bişirmək, kabab çəkmək, at gəzintisi kimi müxtəlif kənd turizmi fəaliyyətlərinə cəlb edilib. İnfoturun 2-ci günü isə iştirakçılar Lənkəran rayonun Haftoni qəsəbəsindəki çay plantasiyalarına səfər edib, çayın becərilmə və istehsal üsulları ilə tanış olub, yerli istehsal olunan çay məhsullarından alış ediblər. Sonra Haftoni qəsəbəsindəki istisu termal bulaqlarına səfər təşkil edilib, qəsəbədə yeni tikilmiş pansionat

la tanış olublar. Pansionatın yerli kənd sakinlərinin kənd turizmi fəaliyyətlərinə müsbət təsiri barədə məlumatlar layihə heyyəti tərəfindən iştirakçılara çatdırılıb. Yekunda infotur iştirakçıları Lənkəran rayonunda yerləşən Xanbulan gölünə səfər edərək, ordakı şərait və imkanlarla tanış olublar. 2 günlük infotur müddətində iştirakçılar Lerik rayonun Hamarmeşə kəndi və Lənkəran rayonun Haftoni qəsəbəsində kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə kəndli təsərrüfatlarının nümayəndələri və həmin kəndlərin bələdiyyə və ərazi icra nümayəndələrinin də təmsil olunduğu görüşdə iştirak ediblər. Görüşün təşkili yerli əhali ilə infotur iştirakçıları arasında kənd yaşıl turizmi inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, onların bu fəaliyyət çərçivəsində rastlaşdıqları problemlər, təbliğat işinin artırılması və bununla da onların kənd turizmi fəaliyyətlərinin stimullaşdırılmasına xidmət edir. Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 16
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 16
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 276
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 453
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 106
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 100
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1152
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 611
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 337
Məktəblilər üçün "FI...