KİNOREJİSSORLAR ÜÇÜN ELAN
Bu il keçiriləcək YARAT Shorts çərçivəsində öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün filmlərin qəbulunu açıq elan edirik!
LAYİHƏNİN MƏQSƏDİ
Bizim əsas məqsədimiz, Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir. Biz öz missiyamızı bütün YARAT məkanlarında keçiriləcək açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə baş tutacaq seminarlar, mühazirələr və müzakirələr daxil olmaqla, zəngin və rəngarəng maarifləndirici tədbirlər proqramı vasitəsilə həyata keçirəcəyik.
Bizim başlıca amalımız həm də gənc rejissorların debüt əsərlərini nümayiş etdirmək, intensiv təlimlər keçirməklə onlara motivasiya verməkdir.
KATEQORİYALAR
Bu il nümayiş olunacaq filmlər aşağıdakı mövzulara toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir:
• Qadınlar və qadınların cəmiyyətdəki rolu
• Tənhalıq və özünüinkişaf
• Yaddaş və mental landşaftlar
Filmləri təqdim etmək üçün son tarix: 20 sentyabr
Əgər siz də iştirak etmək istəyirsinizsə, filminizin linkini [email protected] ünvanına göndərin.
Seçilmiş filmlər oktyabrda nümayiş olunacaq.
Tərəfdaşlar:
Gürcüstan filmləri Tbilisi Beynəlxalq Film Festivalının təşkilatçısı Nino Ancaparidze ("Prometey" Kinosənət Mərkəzi) tərəfindən təqdim ediləcək.
Britaniya kinematoqrafiyasının nümunələri, British Council ilə birgə tərəfdaşlıq çərçivəsində, BAFTA Film Awards-ın qalibləri tərəfindən təmsil ediləcək.
SEÇİM ÜÇÜN ƏSAS MEYARLAR
İştirak hüququ qazanmaq üçün filminiz ilkin seçim tələblərinə də cavab verməlidir:
• Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya video layihəsi. Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər.
• Qısametrajlı filmlərin iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur. Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər.
________
OPEN CALL FOR FILMMAKERS
YARAT Contemporary Art Space launches an open call for emerging and mid-career Azerbaijani filmmakers who would love their short feature films to be screened in the frames of a newly established YARAT Shorts to be launched this year.
PROJECT GOAL
Our goal is to have a platform for emerging talent from Azerbaijan, Georgia and UK, provide visibility for local filmmakers and audiences for films. We will realize our mission through open air/indoors screenings in all YARAT venues and a program of educational events (workshops/lectures/talks) by international directors, scriptwriters, actors.
Our intention is also to screen directorial debuts and empower young filmmakers through intensive trainings.
CATEGORIES
We films to be screened this year should somehow touch upon the following themes;
• Women and their role in society
• Solitude and self-growth
• Memory and mental landscapes
Deadline for submitting your film: September 20
If you are interested send a private link to your film to [email protected]
Selected films will be screened in October.
Partners:
Georgian entry will be provided by Nino Anjaparidze from Tbilisi International Film Festival (Cinema Art Center Prometheus).
British cinematography will be represented by winners of BAFTA Film Awards (partnership will be enabled by British Council).
MAIN CRITERIA
To be eligible for participation your film should also comply with the preselection conditions:
• Any film or video project originating from Azerbaijan or co-produced/directed/written by Azerbaijani cinematographers with a running time of less than 30 minutes, including credits. This includes scripted or improvisational fiction, experimental film or video and animation.
• Short films have no premiere requirements or prior screening restrictions that impact eligibility and may have been screened at any number of festivals or other public theatrical exhibitions, broadcast or streamed on television or the Internet, and/or released via any home video or other public distribution platform anywhere in the world.