Cümə, 27 Mart, 2026

Konseptual qeyd formasının yazılması - Seminar


  • Dərc edildi: 8 Aprel, 2018 - 18:27
Konseptual qeyd formasının yazılması - Seminar

14 aprel 2018, saat 11.00 Baku IdeaLab, Kaspian plaza III, 3-cü mərtəbə Avrasiya Əməkdaşlıq Fondu (AƏF)/ Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM) sizi Münaqişə və sülhquruculuğu sahəsini əhatə edən mövzularda məlumatlandırıcı sessiyalara dəvət edir. Cari ilin yay aylarında Avropa İttifaqının “Bacarıqların artırılması və vətəndaşların iştirakı ilə sülh quruculuğu” (PeaCE) proqramı çərçivəsində sülhquruculuğu təşəbbüslərinin maliyyələşdirilməsinə dair elan veriləcək. Əgər özünüzü gələcəkdə münaqişələrin həlli və sülhqurucuğu sahəsində görür və sülhquruculuğu layihələrində iştirak etmək istəyirsinizsə bu imkanı qaçırmayın. İlk sessiya konseptual qeyd formasının (consept note form) yazılış qaydaları və donora necə təqdim olunması haqqında olacaq.

Məlumat sessiyasının məqsədi iştirakçıları münaqişə və sülhquruculuğu sahəsində məlumatlandırmaq, onların sülh təşəbbüslərində iştirakına dəstək vermək və xüsusilə Dağlıq Qarabağ münaqişəsi çərçivəsində layihələrin yazılmasına kömək etməkdir. Bu sessiya xüsusilə beynəlxalq hüquq, beynəlxalq münasibətlər, siyasət sahələrində ixtisaslaşan müstəqil ekspertlərə, tələbələrə, gənc peşəkarlara və QHT sahəsində çalışan əməkdaşlara maraqlı ola bilər. İştirakınızı təsdiq etmək üçün linkə daxil olaraq qeydiyyatdan keçin: https://docs.google.com/forms/d/e/1FAIpQLScy1mUc5p1IKhvXPjYjPoajK87mNsJEIMxtgHKn6axKEN1bBA/viewform?usp=sf_link

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 198
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 361
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 64
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 62
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1071
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 534
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 300
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 546
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...