Cümə, 14 Avqust, 2026

"Könüllülərin kənd düşərgəsi" layihəsi


  • Dərc edildi: 11 May, 2019 - 11:31
"Könüllülərin kənd düşərgəsi" layihəsi

"Könüllülərin kənd düşərgəsi" layihəsi başa çatıb. 23-25 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olmuş "Könüllülərin kənd düşərgəsi" layihəsi həyata keçirilib. İsmayıllı rayonunun Təzəkənd kəndində baş tutmuş layihədə 40-a yaxın yuxarı sinif şagirdi və gənclər iştirak etmişdir. 3 gün ərzində iştirakçılar üçün təşkil olunan proqram "Könüllü fəaliyyət", "Sosial məsələlərin həllində könüllü fəaliyyətin əhəmiyyəti", "Könüllü fəaliyyətdə komanda işinin əhəmiyyəti", "Kəndlərdə könüllü fəaliyyət üçün mümkün imkanlar", "Sosial teatrın qurulması" və s. mövzularını əhatə edən təlimlər, eləcə də könüllü fəaliyyət üçün zəruri səriştə və qabiliyyətləri aşılayan müxtəlif praktiki oyun və komanda işlərindən ibarət olub. Layihə iştirakçıları ilə kənddəki mövcud problemlər və onların həlli yolları, eləcə də gələcəkdə könüllü olaraq həyata keçirilə biləcək fəaliyyətlər müzakirə olunub. Həmçinin iştirakçılar komandalar şəklində kənd ərazisində ekoloji aksiya həyata keçirib. İştirakçılar layihə ərzində əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək və daha geniş auditoriyanı könü

llü fəaliyyətə səsləmək məqsədilə müxtəlif mövzulu sosial tamaşalar hazırlayaraq kənd əhalisi qarşısında təqdim edib. Sonda bütün layihə iştirakçıları sertifikatla təltif olunub. [gallery ids="eyJ1cmwiOiJodHRwczpcL1wvdGVzdC5sb2NhbFwvd3AtY29udGVudFwvdXBsb2Fkc1wvMjAxOVwvMDVcLzYwMTgxMzYxXzM2MjM1MzM2NzczOTI2OF83MTE1NzcyNzM1MDY1Njg2MDE2X24tMi5qcGciLCJ0aXRsZSI6IjYwMTgxMzYxXzM2MjM1MzM2NzczOTI2OF83MTE1NzcyNzM1MDY1Njg2MDE2X24iLCJjYXB0aW9uIjoiIiwiYWx0IjoiIiwiZGVzY3JpcHRpb24iOiIifQ==,eyJ1cmwiOiJodHRwczpcL1wvdGVzdC5sb2NhbFwvd3AtY29udGVudFwvdXBsb2Fkc1wvMjAxOVwvMDVcLzYwMzEyMDkwXzQzNjc3OTY4NzE0MTc3MV80ODI2MTQxMTgyOTg5OTU5MTY4X24tMS5qcGciLCJ0aXRsZSI6IjYwMzEyMDkwXzQzNjc3OTY4NzE0MTc3MV80ODI2MTQxMTgyOTg5OTU5MTY4X24iLCJjYXB0aW9uIjoiIiwiYWx0IjoiIiwiZGVzY3JpcHRpb24iOiIifQ==,eyJ1cmwiOiJodHRwczpcL1wvdGVzdC5sb2NhbFwvd3AtY29udGVudFwvdXBsb2Fkc1wvMjAxOVwvMDVcLzU5ODQxNDU2XzEwMzUyMTgxMTM1MzM0OTZfNTYyNTUxMzYyNDE3MzgwNTU2OF9uLmpwZyIsInRpdGxlIjoiNTk4NDE0NTZfMTAzNTIxODExMzUzMzQ5Nl81NjI1NTEzNjI0MTczODA1NTY4X24iLCJjYXB0aW9uIjoiIiwiYWx0IjoiIiwiZGVzY3JpcHRpb24iOiIifQ==,eyJ1cmwiOiJodHRwczpcL1wvdGVzdC5sb2NhbFwvd3AtY29udGVudFwvdXBsb2Fkc1wvMjAxOVwvMDVcLzU5ODIzNzI2XzMzODc5MTY4MzQ0OTc2N18xMTk1MTg1MDMwNzcxNTA3MjAwX24uanBnIiwidGl0bGUiOiI1OTgyMzcyNl8zMzg3OTE2ODM0NDk3NjdfMTE5NTE4NTAzMDc3MTUwNzIwMF9uIiwiY2FwdGlvbiI6IiIsImFsdCI6IiIsImRlc2NyaXB0aW9uIjoiIn0="]

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 236
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 110
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 304
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 386
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 498
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 469
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 554
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 694
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 1070
Xanımlar üçün Founda...