Bazar, 25 Yanvar, 2026

“Azərbaycan Könüllülük Həftəsi 2022”


  • Dərc edildi: 30 Noyabr, 2022 - 08:06
“Azərbaycan Könüllülük Həftəsi 2022”

Dekabrın 1-dən 9-dək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutacaq “Azərbaycan Könüllülük Həftəsi 2022” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bir sıra şəhər və rayonlarını əhatə edəcək. Minlərlə könüllünün cəlb olunacağı həftə ərzində “ZəfərimİZ” və “TəbiətimİZ” aksiyaları, “Könüllülük Sərhəd Tanımır” sosial layihəsi, “BiliyimİZ” intellektual yarışı, “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”, “Azərbaycan Könüllülərinin Həmrəylik düşərgəsi” , son olaraq həftə ərzində baş tutan tədbirlərin hesabatının təqdim olunması və tərəfdaş təşkilatların mükafatlandırılması məqsədilə ”Mətbuat Konfransı” həyata keçiriləcək. Layihə çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə daha ətraflı veb sayt (https://heftemiz.konullu.az/) və ya Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə məlumat əldə edə bilərsiniz.   Tədbirlərin Qrafiki: "Azərbaycan Könüllülük Həftəsi 2022" çərçivəsində təşkil olunan aksiya, kampaniya və digər silsilə tədbirlədə iştirak etmək üçün üzv olduğunuz könüllü təşkilatına müraciət edin Tarix, fəaliyyətin adı, haqqında, keçirildiyi şəhər və rayonlar: 1 Dekabr "Azərbaycan Könüllülük Həftəsi 2022" layihəsi çərçivəsində 2500 könüllünün iştirakı ilə "ZəfərimİZ" aksiyası keçiriləcəkdir. Aksiya çərçivəsidə: - Könüllülərin iştirakı ilə I Fəxri Xiyaban və Şəhidlər Xiyabanlarının ziyarət olunması - Azərbaycan könüllüləri adından ziyarətlər zamanı əkililərin qoyulması, - Hərbi Qənimətlər Parkına könüllülərin yürüşünün keçirilməsi Bakı şəhəri ===   2 dekabr 5000 könüllünün iştirakı ilə 4 şəhər və rayonda “TəbiətimİZ” devizi altında ekoloji aksiyaların keçiriləcəkdir. Aksiya çərçivəsində planlaşdırılan fəaliyyətlər: - Bakı və Yevlax şəhərlərində çirklənmiş ərazilərdə təmizli

k aksiyalarının keçirilməsi; - Göygöl, Yevlax və Tovuzda isə ağacəkmə aksiyalarının təşkil olunması. Bakı, Tovuz, Yevlax, Göygöl ======   3 Dekabr Həftə çərçivəsində 3 dekabr tarixində "Könüllülük Sərhəd Tanımır!" sosial könüllük aksiyası keçiriləcəkdir. Aksiya zamanı Bakı şəhərində yerləşən üç uşaq evindən xüsusi qayğıya ehtiyac olan uşaqlar "Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi"nə gətiriləcəkdir. Məkrəzdə könüllülər tərəfindən onlar üçün "face art", musiqili və maskotların iştirakı ilə baş tutacaq əyləncəli proqram təşkil olunacaqdır. Bakı şəhəri, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəz ======   4 dekabr Könüllülǝrin iştirakı ilǝ Həftə çərçivəsində təşkil edilən digər tədbir isə "BiliyimİZ" intelektual yarışıdır. “Nǝ? Harda? Nǝ zaman?” formatlı intellektual yarışda 18 komandanın iştirakı nǝzǝrdǝ tutulmuşdur. Bakı Gənclər Mərkəzi =====   5 dekabr Həftənin əsas tədbiri 5 dekabr tarixində 3000 könüllünün iştirakı ilə təşkil olunacaq “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu”dur. Forumun gündəliyinə daxildir: - Könüllü təşkilatlarının sərgisi, - Forumun Açılış Mərasimi və Plenar Sessiya, - Azǝrbaycan Könüllülǝri adından cǝnab Prezidentǝ ünvanlanan mǝktubun mǝruzǝsi, - «İlin könüllülərinin» mükafalandırılması, - Fəal könüllülərin çıxışları, - “Qayıdış Könüllüləri” proqramının video- təqdimatı, - Şuşa və Ağdam könüllülərinin simvolik yola salınması Bakı Konqres Mərkəzi, Təbriz küç =====   6-9 Dekabr 6-9 dekabr tarixlərində 200 könüllünün iştirakı ilə təşkil olunacaq “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi" keçiriləcəkdir. Düşərgənin proqramına daxildir: - Müxtəli mövzularda ekspertlərin iştirakı ilə panel görüşlǝri, - Karyera, Könüllük və digər əlaqəli mövzularda təlimlər, - Düşərgənin keçirildiyi rayon üzrə maraqlı yerlərə ekskursiyalar - Könüllülər üçün intelektual vǝ idman yarışları, - Əylǝncǝ proqramı. Mingəçevir şəhəri ====   #VətənəKönüllüyəm #AzərbaycanKönüllüsü #KönüllülükHəftəsi #IVD2022 #AzGF #GİN #AKTİ

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 112
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 183
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 25
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 286
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 38
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 83
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 120
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 298
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 119
“İngilis dili üzrə b...