Çərşənbə, 1 Aprel, 2026

Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsi!


  • Dərc edildi: 1 Oktyabr, 2018 - 13:48
Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsi!

EduOnline.Az xəbər verir ki, bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin elan olunması üçün mətbuat konfransı keçirildi. Layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən korporativ Sosial Məsıliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir. Müsabiqəyə layihə qəbulu 01.10.2018-15.11.2018-ci il tarixinədək davam edəcək. Qəbul olunan layihələr Komissiya üzvləri tərəfindən meyarlar əsasında anonim qiymətləndiriləcək. 21 dekabr 2018-ci il tarixində müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlər Korporativ Sosial Məsuliyyət üzrə Milli Mükafatı və xüsusi diplomla təltif olunacaq. Müsabiqədə iştirak şərtləri: 1.

2016-2018-ci illər ərzində şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə və (xeyriyyəçilik işləri) haqda pdf formatında məlumatlar aşağıda göstərilən emailə göndərilir. 2. Layihənin həyata keçirildiyini təqsdieedən foto, video materiallar və KİV məlumatlarının linki. 3. Layihənin təsviri (məqsədi, büdvəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumat. Komissiyanın tərkibi: 1. İqtisadiyyat Nazirliyi 2. Ekologiya və təbii sərvətlər Nazirliyi 3. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi 4. ASAN xidmət 5. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzi 6. Azərbaycan Respublikası Ailə Qadın və uşaq problemləri üzrə dövlət komitəsi 7. Gənclər Təşkilatları Milli Şurası 8. Təhsil Nazirliyi 9. Milli Məclisin İqtisadi siyasət, sənaye və Sahibkarlıq komitəsi 10. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası 11. Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi 12. #PROAKTİV şirkəti   Əlaqələndirici şəxslər: Şəhanə Sarı -055 776 11 10 info@proaktiv/az Cavid Kərimov 055230 86 22 с[email protected]

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 237
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 410
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 87
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 82
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1117
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 571
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 316
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 570
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 178
VI Azərbaycan Astron...