Çərşənbə, 8 Aprel, 2026

Lənkəranda 4 günlük düşərgə-konfrans: “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” layihəsi - QEYDİYYAT / ÖDƏNİŞSİZ!


  • Dərc edildi: 17 İyul, 2023 - 12:12
Lənkəranda 4 günlük düşərgə-konfrans: “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” layihəsi - QEYDİYYAT / ÖDƏNİŞSİZ!

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihənin icrasına başlanıldı. Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Azərbaycanda qadın hüquqlarının təbliğ olunması və qadınların ictimai iştirakçılığının artırılması mövzusunda tədbirlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda ailə, qadın, uşaq və gender məsələlərinin aktuallığını gündəmə gətirməklə, cəmiyətimizdə qadın hüquqlarının və qadınların ictimai iştirakçılığının təbliği və təşviqi sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan məişət zorakılığı ilə mübarizəni gücləndirməkdən ötrü bu istiqamətdə geniş prof

ilaktik və preventiv tədbirlərin həyata keçirilməsindən ibarətdir. Layihənin müddəti 3 ay olmaqla, 01 iyul – 30 sentyabr 2023-cü il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 22 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə, qadın, uşaq və gender məsələləri mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 25-27 avqust tarixlərində 3 günlük nəzəri-praktik konfrans təşkil olunacaqdır. Konfransda iştirak etmək istəyən gənclər müvafiq elektron ərizə formasını (ƏRİZƏ) 11 avqust 2023-cü il, saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər. Müvafiq nəticələr 20 avqust 2023-cü il tarixində açıqlanacaqdır. Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 14
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 14
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 275
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 451
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 104
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 100
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1150
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 607
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 337
Məktəblilər üçün "FI...