Bazar ertəsi, 1 Dekabr, 2025
Reklam

Layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayoununda aqrar/ekoturizm məkanları ilə tanışlıq oldu


  • Dərc edildi: 18 Avqust, 2022 - 18:31
Layihə çərçivəsində  Lənkəran-Astara iqtisadi rayoununda aqrar/ekoturizm məkanları ilə tanışlıq oldu

Lənkəran-Astara iqtisadi rayoununda “Açıq təsərrüfat günləri ” proqramı icra olundu.
Bakı, Sumqayıt, Lənkəran və digər böyük şəhər bölgənin aqrar/ekoturizm məkanları ilə tanış oldular. Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran-Astara iqtisadi rayonu ərazisində yerləşən və layihəyə cəlb olunan aqrar/eko-turizm məntəqələrində “Açıq təsərrüfat günləri” proqramı həyata keçirildi. Proqram çərçivəsində 22-24 iyul tarixlərində Bakı və digər şəhərlərdən olan 502 nəfər “AgriVision” layihəsinə cəlb olunan turizm müəssisələrinə səfər edib aqrar/eko-turizm konsepsiyası ilə yerində tanış oldular. Proqramın əsas məqsədi onları aqrar/eko turizm xidmətləri və cənub bölgəsinin aqrar/eko turizm potensialı barədə məlumatlandırmaqdı. Bundan əlavə “Açıq təsərrüfat günləri” proqramı layihə çərçivəsində seçilmiş təsərrüfatlara yeni və ya genişləndirilmiş aqroturizm xidmətlərini sınaqdan keçirmək imkanı da vermişdir. Proqram səfərləri zam
Reklam
anı iştirakçılar seçilmiş turizm məkanlarında təklif olunan aqrar/ekoturizm xidmətlərini müşahidə etmək, təsərrüfat daxili gəzinti ilə kənd təsərrüfatı və kənd həyatı ilə tanış olmaq şansı əldə etdilər. Həmçinin, onlar aqrar/ekoturizm xidmətlərinin digər turizm imkanları ilə necə birləşə biləcəyini, bu kimi turizm növlərinin oxşar və fərqli cəhətləri ilə yaxından tanış oldular. Bütün bu səfərlər ərzində hər bir aqrar/eko-turizm məntəqəsində təsərrüfat sahibləri tərəfindən keçirilən təqdimatlar iştirakçılar tərəfindən diqqətlə dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Qeyd edək ki, 3 gün dava edən və 500 nəfəri əhatə edən proqramda iştirak etmək üçün 837 nəfər müraciət etmişdir. Onlardan 208-i ya telefona cavab verməyib yada iştirakından imtina edib. Digır 629 nəfər proqramda iştirak üçün dəvət olunub. Dəvət olunan 629 nəfərdən 502-si iştirak edərək layihədən faydalanıblar.

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
27 Noyabr, 2025 - 21:29 29
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 530
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 176
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 156
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 500
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 531
Qubadlıya öz sahiblə...