Çərşənbə axşamı, 24 Mart, 2026

Lənkəranda “Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsi keçiriləcək - QEYDİYYAT!


  • Dərc edildi: 17 İyul, 2023 - 19:18
Lənkəranda “Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsi keçiriləcək - QEYDİYYAT!

Gənclərlə iş sahəsində olan təlimçilər və gələcəkdə təlimçi olmaq istəyən gənclərin nəzərinə! “Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsi sizin üçündür! Layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək və onların icmalarında qeyri-formal təhsil istiqamətində fəaliyyətlərini dəstəkləməklə Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini və keyfiyyətini artırmaqdır. Məlumat üçün qeyd edək ki, aşağıdakı mərhələlərdən ibarətdir:

1. Lənkəran şəhərindən və ətraf rayonlarından olan gənc təlimçi, multiplayer və fasilitatorlar üçün 5 günlük təlimlər 24-29 iyul, 2023 tarixində baş tutacaq;
2. Eksperimental mərhələ - iştirakçıların yeni öyrəndikləri bilik və bacarıqları öz icmalarında praktikada tətbiq etməsi (Avqust-Sentyabr);
3. Yerli təlimçilər, fasilitatorlar və multiplayerlər üçün bələdçinin hazırlanması (Oktyabr-Dekabr)
4. Layihə iştirakçılarının fəaliyyətlərinin tanıtımı məqsədilə sosial media kampaniyaları (Dekabr)
5. Layihənin bütün mərhələlərində uğurla və fəal şəkildə iştirak edən iştirakçıların "Təlimçilər bazasına" daxil edilməsi (Dekabr).
İştirakçılar üçün kriteriyalar:
- 18-30 yaş arası gənc təlimçilər, fasilitatorlar və multiplayerlər;
- Lənkərandan (ətraf rayonlar olan Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı da daxil olmaqla) olan gənc təlimçilər, fasilitatorlar və multiplayerlər;
- Gənclərlə iş sahəsində və regionlarda təlimçi olaraq fəaliyyətdə maraqlı olan şəxslər;
- Qeyri-formal təhsil, insan hüquqları təhsili, fəal vətəndaşlıq və gənclərin mənalı iştirakçılığı kimi mövzularda fəaliyyətlərə qatılmış və ya bu istiqamətə marağı olan şəxslər;
- Layihənin bütün mərhələlərində fəal və ardıcıl şəkildə iştirak edən şəxslər;
- Daha öncə təlimçi, fasilitator və ya multiplayer olaraq fəaliyyət göstərən və ya göstərməkdə olan şəxslərə üstünlük verilir.
MÜRACİƏT ÜÇÜN SON TARİX: 22 İYUL, 2023-CÜ İLDİR.
Qeydiyyat üçün link: https://forms.gle/cqDQHrA9GonXNvy66 Layihə Avropa Şurasının Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçiriləcək. QEYD: İŞTİRAK ÖDƏNİŞSİZDİR!

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 252
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 53
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 53
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1056
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 504
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 289
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 533
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 155
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 413
Digital Marketing üz...