Çərşənbə axşamı, 18 Noyabr, 2025

Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!


  • Dərc edildi: 18 Noyabr, 2025 - 15:11
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!

ℹ️ 2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda təhsillə bağlı sənəd qəbulu başlayıb.

✅ Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı təqdim edir.

❗ Sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 22 dekabr 2025-ci il saat 23:59-a dək aparılacaq.

 

Ətraflı :

Ümumi məlumat
Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil 
Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024-
2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na əsasən Elm və Ali 
Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən həyata keçirilir.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfərədək
Azərbaycan vətəndaşı üçün aşağıdakı ixtisas proqramları əsasında 
təqaüd ayrılacağı nəzərdə tutulmuşdur:
- tam bakalavriat və magistratura təhsil proqramları üzrə: 
• kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;
• təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd;
• turizm - 10 təqaüd;
• səhiyyə elmləri – 5 təqaüd; 
• beynəlxalq münasibətlər – 5 yer;
• mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 
təqaüd; 
• iqtisadiyyat, biznes və idarəetmə elmləri - 50 təqaüd.
- doktorantura təhsili üzrə:
• istənilən maraq dairəsi üzrə - 25 təqaüd.
İxtisaslara dair ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz.
Qeyd: Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə
göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar (hüquq, 
memarlıq və s.) olduğunu nəzərə alaraq bildiririk ki, müsahibə
mərhələsində iştirak hüququnu ancaq Anlaşma Memorandumunda qeyd 
edilən (yuxarıda verilmiş) ixtisas istiqamətləri üzrə müraciət edən 
iddiaçılar əldə edə biləcəklər.

 

Maliyyələşmə
Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə
edir: 
Macarıstan tərəfindən:
- ödənişsiz təhsil;
- universitet yataqxanasında yaşayış (Əgər tələbə yataqxanada 
qalmırsa, bütün təhsil müddəti üçün əlavə aylıq 40.000 forint yaşayış 
xərclərinə dəstək üçün təqaüd məbləğinə əlavə olunur);
- tibbi sığorta;
- aylıq təqaüd.
Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd Macarıstan tərəfindən 
ümumi olaraq aşağıdakı kimi müəyyənləşdirilmişdir:
- bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700 
Macarıstan forinti;
- doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 
140.000, dissertasiya dövründə isə aylıq 180.000 Macarıstan forinti. 
Diqqət! Beynəlxalq nəqliyyat xərcləri tələbələrin özləri 
tərəfindən qarşılanır. 

Müraciət forması və tarixlər
1. Təqaüd proqramına hər iki tərəfin elektron ərizə sistemi üzrə son 
müraciət tarixi 22.12.2025/23:59 (GMT+4, Bakı vaxtı ilə) müəyyən 
edilib.
Qeyd: Baxmayaraq ki, Macarıstan tərəfinin elektron ərizə
sistemində son müraciət tarixi 15.01.2026-cı il tarixi müəyyən edilib,

lakin müsahibələrinin təşkili və digər məsələlərin tənzimlənməsi 
məqsədilə yalnız 22.12.2025-ci il tarixinədək hər iki tərəfin 
elektron ərizəsini təsdiq etmiş şəxslərin müraciətlərinin 
dəyərləndirilməsi aparılacaqdır.
İlk öncə, Macarıstan elektron ərizə sistemi doldurulub təsdiq 
edilməlidir: Apply online! - Stipendium Hungaricum
Növbəti addım olaraq isə Azərbaycan Respublikası Elm və Təhsil 
Nazirliyinin elektron ərizə sisteminə müraciət edilməlidir:
https://portal.edu.az/
2. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın 
və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə
cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək onlayn 
müsahibəyə dəvət olunacaqlar.
3. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron 
poçt/şəxsi kabinet və SMS vasitəsilə bildiriləcəkdir.
4. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən 
şəxslər müsahibəyə buraxılmayacaqdır.
5. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam 
edir, müsahibədə audio-video çəkiliş aparılır.
6. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur.
7. EATDA tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları 
Macarıstan tərəfinə (Tempus Public Foundation) təqdim 
ediləcəkdir.

8. EATDA tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə
göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri 
ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq 
göndəriləcəkdir.
*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul 
daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə
qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsil alması mümkün 
olmayacaqdır.
9. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin 
(TPF) yekun qərarının 2026-cı ilin iyun-iyul ayları ərzində təqdim 
olunması gözlənilir.
Qeyd: 2026/27-ci tədris ili üzrə təqaüd qazanmış şəxslər fors- major 
(xüsusi və gözlənilməz) hallar istisna olmaqla, EATDA və Tempus 
Fondunun razılığı olmadan, təhsillərini növbəti semestrə və ya akademik 
ilə təxirə sala bilməzlər.
Müsahibə mərhələsində iştirak üçün əsas şərtlər və
tələb olunan sənədlər
Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi 
müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:
1. Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali 
təhsil haqqında diplom üzrə ixtisasın xaricdə oxumaq üçün seçdiyi 
ixtisaslara uyğun olması tövsiyə olunur (ixtisasların uyğunluğu Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il 503 nömrəli Qərarı ilə
təsdiq edilmiş ixtisasların təsnifatına əsasən müəyyən olunur);

2. İddiaçıların seçdiyi hər iki ixtisasın eyni ixtisas istiqaməti üzrə olması 
tövsiyə olunur.
3. Bakalavriat təhsil səviyyəsi üzrə təhsil almaq istəyən şəxslər ölkənin 
ali təhsil müəssisələrinin tələbə qəbulu üzrə aparılan test imtahanları 
çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah 
və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları 
üzrə yekun olaraq ən azı 450, digər sahələr üzrə ən azı 510 bal 
toplamalıdırlar.
4. 2025/26-cı tədris ili və ya əvvəlki illərdə ümumtəhsil 
müəssisələrindən məzun olacaq və ya artıq məzun olmuş, Dövlət 
İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etməyən 
iddiaçıların akademik göstəricilərini sübut edən beynəlxalq 
səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri 
(SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) əsas götürüləcəkdir 
(həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%- indən 
(məsələn: SAT üzrə ən azı 1200 bal) az olmamaqla).
5. Bakalavriat təhsil səviyyəsi üzrə müraciət edən iddiaçıların (əvvəlki 
illərin məzunları) attestat (və ya qiymətlər göstərilməklə hazırda orta 
məktəbin son ilində təhsil aldığına dair arayış) və ya orta ixtisas 
diplomu üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem 
üzrə 4 baldan aşağı olmamalıdır.
6. Hazırda bakalavriat səviyyəsində Macarıstanda şəxsi vəsaiti 
hesabına təhsil alan və DİM/SAT göstəricilərinə sahib olmayan 
namizədlərin ümumi orta müvəffəqiyyət göstəriciləri (ÜOMG-si 100
ballıq sistem üzrə 75-dən az olmamalıdır) əsas götürüləcəkdir.

7. Hazırda Macarıstanda bakalavriat, magistratura və doktorantura 
səviyyələri üzrə öz vəsaiti hesabına təhsil alan və eyni təhsil 
səviyyəsi üzrə təqaüd proqramına müraciət edən tələbələr yalnız 
təhsil aldıqları ali təhsil müəssisəsi tərəfindən tövsiyə
olunduqları təqdirdə sözügedən proqrama müraciət edə bilərlər.
8. Bakalavriat təhsil səviyyəsinə müraciət edən iddiaçılar Beynəlxalq 
təhsil proqramları üzrə (IB, A level, AP) təhsil alıblarsa və aşağıda 
müəyyən olunmuş keçid ballarının minimum və maksimum hədləri 
aralığında göstəricilərini təsdiq edən arayışın surətini təqdim edə
bilirlərsə, bu halda bu namizədlərdən DİM qəbul imtahanın 
nəticəsi və SAT balı tələb olunmur:
➢ Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme) 
– 25-35;
➢ Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced 
Level of General Certificate of Education) – C və ya B (müvafiq üç 
imtahan fənni üzrə);
➢ Yüksək yerləşdirmə (Advanced Placement) – 3 və ya 4 (müvafiq üç 
imtahan fənni üzrə).
9. Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat, magistratura 
və doktorantura səviyyələrində təhsil alan şəxslər təhsilinin 50%-
dən çoxunu tamamlamamış olmalıdır.
10. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən 
iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem 
üzrə 75 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə
üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə
75 baldan aşağı olmamalıdır.

11. Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı 
bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə
IELTS sertifikat balı minimum 7 və ya digər beynəlxalq dil 
sertifikatlarının (TOEFL, Duolingo və.s) bu göstəriciyə
ekvivalentini təşkil etməlidir.
*Qeyd: Əvvəlki təhsil səviyyəsi üzrə HTP çərçivəsində
Macarıstanda təhsil almış şəxslər növbəti təhsil səviyyəsi üçün 
müraciət edərsə, universitet(lər)in razılığına uyğun olaraq (bununla 
bağlı universitet(lər)in tərəfindən təsdiqedici imeyl təqdim 
edilməlidir), onlardan dil sertifikatı tələb edilmir.
12. Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə
göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar olduğunu 
nəzərə alaraq, yalnız Anlaşma Memorandumunda qeyd edilən ixtisas 
istiqamətləri üzrə müraciət edən iddiaçılar müsahibə mərhələsində
iştirak hüququ qazana biləcəklər.
13.“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil 
almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”
çərçivəsində təhsil almış, lakin Elm və Təhsil Nazirliyi ilə imzaladığı 
müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə
yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir.
14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü 
bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir 
səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir 
dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali 
təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-
ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət 
Proqramı”, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün 
Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil 
almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə
bilməzlər.
Tələb olunan sənədlər
1. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV 
(namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi 
dildə və ya ingilis dilində hazırlanmalı).
2. Motivasiya məktubu - təhsil alacağınız ixtisas və Macarıstanda 
təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 350, 
maksimum 500 sözdən ibarət qısa xülasə (Times New Roman 12 
şrifti ilə ingilis və ya macar dilində yazılmış).
3. Xarici dil sertifikatı (IELTS; TOEFL; Duolingo*).
*Müraciət edilən ali təhsil müəssisəsi qəbul etdiyi təqdirdə.
4. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada 
tərcümə və təsdiq olunmuş):
a.bakalavriat təhsil səviyyəsi üçün: orta təhsili bitirmə haqqında 
sənəd (attestat və ya hazırda təhsil aldığına dair arayış);
b.magistratura təhsil səviyyəsi üçün: bakalavr diplomu və
diplom əlavəsi (transkript);
c. doktorantura təhsil səviyyəsi üçün: bakalavriat və
magistratura diplomu və diplom əlavələri.
QEYD: Bakalavriat təhsil səviyyəsi üzrə I-II, magistratura təhsil səviyyəsi üzrə isə I təhsil illərində təhsil alan şəxslər təhsil aldıqlarına dair 
müvafiq arayış və ən son tarixli transkript təqdim etməlidirlər.
QEYD: Sadalanmış ali təhsil sənədlərindən hər hansısa birini 
(bakalavr və ya magistr diplomu) namizəd xarici təhsil müəssisəsinin 
məzunu olaraq almışdırsa, həmin sənədin Azərbaycan Respublikası 
ərazisində kvalifikasiyaların tanınması prosesindən keçdiyinə dair sənəd 
təqdim etməlidir.
5. Ümumvətəndaş pasportunun surəti.
6. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd (ASAN 
xidmətdən alınan arayış).
Qeyd: Hazırda Azərbaycanda bakalavriat və magistratura təhsil 
səviyyələrinin sonuncu kursunda təhsil alan tələbələrə şamil 
edilmir.
7. İki ədəd tövsiyə məktubu (yeni tarixli, imzalı və möhürlü olması 
mütləqdir).
Doktorantura proqramı üçün müraciət edən namizədlər 
aşağıdakı sənədləri əlavə olaraq təqdim etməlidirlər:
8. Namizədin tədqiqat işinə dair Azərbaycan dilində məlumat (tədqiqat 
planı: qısa xülasə, metodologiya, tədqiqat sualı, biblioqrafiya) –
2000 sözdən az olmayan həcmdə (ədəbiyyat siyahısı nəzərə
alınmadan).
9. Namizədin xarici ölkələrin təsir gücünə (“impakt faktor”) malik olan, 
istinad indeksli elmi nəşrlərində dərc olunmuş elmi məqalələri, yaxud həmin məqalələrə elektron keçidlərin (linklərin) siyahısı (əgər varsa).
10. Elmi rəhbərdən müvafiq arayış – (Namizədin qəbul olunduğu ali 
təhsil müəssisəsində müvafiq “supervisor”dən ona elmi rəhbərlik 
edəcəyinə dair sənəd əldə olunmalı və aidiyyəti üzrə elektron 
sistemlərə yükləməlidir).
İstisna hallarda aşağıda qeyd olunmuş tələb olunan sənədlərin 
sonradan göndərilməsi mümkündür:
- tam orta təhsili bitirmə haqqında sənəd: tam orta təhsil səviyyəsində
sonuncu yarımilliyində təhsil alanlar üçün;
- bakalavriat diplomu: bakalavriat təhsil səviyyəsində sonuncu 
semestrdə təhsil alanlar üçün;
- magistratura diplomu: magistratura təhsil səviyyəsində sonuncu 
semestrdə təhsil alanlar üçün; 
Qeyd olunan təhsil sənədləri 1 avqust 2026-cı il tarixindən gec 
olmayaraq Macarıstan tərəfinə təqdim olunmalıdır.
Qeyd 1: Müraciət edən namizədlərin yaşı 18 yaşdan (31 avqust 
2008-ci ildən əvvəl doğulmuş olmalıdır) aşağı olmamalıdır (Mövcud 
Memoranduma əsasən, müvafiq tədris ilində 1 sentyabr tarixinə qədər 18 
yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları təqaüd 
proqramına müraciət edə bilməzlər).
Qeyd 2: Macarıstan tərəfinin təqdim etdiyi sağlamlıq haqqında
arayış forması yalnız təqaüdlə təhsil almaq hüququ əldə edən şəxslər 
üçün məcburidir. Təqaüdə layiq görülən şəxslər sağlamlıq haqqında
arayışı müvafiq qaydada doldurduqdan sonra özü ilə Macarıstana aparmalı və orada məcburi tibbi müayinələr zamanı təqdim edilməlidir.
Yalnız 1 noyabr 2025-ci ildən sonra alınan tibbi arayışlar qəbul 
ediləcəkdir. 
Qeyd 3: Namizədlər, bir akademik ildə ilkin seçimi EATDA
tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə
bilərlər. Portal.edu.az elektron ərizə sistemi iddiaçılara yalnız bir təqaüd 
proqramına müraciət etməyə icazə verir.
Qeyd 4: Poçt və ya elektron poçt vasitəsilə sənədlərini EATDA-ya
göndərən şəxslərin sənədləri nəzərə alınmayacaqdır. Seçim prosesində
sənədlərini hər iki: Macarıstan təqaüd proqramının və Azərbaycan 
Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemləri vasitəsilə
təqdim etmiş şəxslərin müraciətlərinə baxılacaqdır.
Qeyd 5: Müraciətinizdəki təqdim etdiyiniz sənədlərin 
uyğunsuzluqlarının aradan qaldırılması üçün müvafiq yoxlama 
siyahısından (Checklist) istifadə etməyiniz tövsiyə olunur.
EATDA ilə əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı [email protected]
elektron poçtuna ünvanlaya bilərsiniz.
Mütəmadi verilən suallar barədə keçiddən tanış olmağınız xahiş 
olunur.

 

➡️ PDF fayl formasında: https://htp.edu.az/uploads/fileuploads/2025/11/664f6a338d80430787789fa78ca62fd4.pdf

 

🔴✅👇🏻Digər belə faydalı elanlardan xəbərdar olmaq üçün bizə qoşula bilərsiniz.👇🏻

🟢WhatsApp Kanalımızı izlə🤗:  https://whatsapp.com/channel/0029VaCpVIEAjPXJt7vv8k1e 

🟩WhatsApp Qrupumuza üzv ol😊

https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo

🔵 Teleqram kanalımızı izlə🤩: https://t.me/EduOnlineAz

🟦 Teleqram qrupumuza üzv ol😍: https://t.me/EduOnlineAzQrup

 

Ən Son Məqalələr

Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 5
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 94
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 431
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 451
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 89
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 87
“Astronomiyada Əsas ...