Cümə, 30 Yanvar, 2026

«Magistr» jurnalının 3-cü nömrəsi nəşr edilib


  • Dərc edildi: 16 Mart, 2019 - 23:34
«Magistr» jurnalının 3-cü nömrəsi nəşr edilib

Dövlət İmtan Mərkəzi «Magistr» jurnalının 3-cü nömrəsini nəşr etmişdir Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2019/2020-ci tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunub. Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli vasitəsilə bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçməyə hüququnun olduğu ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır. Bakalavrların nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixində keçirilən iclasında müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün magistraturaya qəbul imtahanının I mərhələdəsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal ba

l tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barəsində qərar qəbul olunmuşdur. Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın bu nömrəsində təqdim olunub. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində test imtahanı əvəzinə verəcəkləri qabiliyyət imtahanları barəsində ətraflı məlumatla və müvafiq imtahan proqramları ilə də jurnalın bu sayında tanış olmaq mümkündür. Azərbaycan dilində olan jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar:
  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Rus dilində olan jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/)

Ən Son Məqalələr

Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 114
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 168
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 330
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 334
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 46
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 325
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 51
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 109
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 133
Zirə qəsəbəsinə aqro...