Şənbə, 6 Dekabr, 2025

«Magistr» jurnalının 3-cü nömrəsi nəşr edilmişdir


  • Dərc edildi: 27 Mart, 2018 - 22:07
«Magistr» jurnalının 3-cü nömrəsi nəşr edilmişdir

Dövlət İmtan Mərkəzi «Magistr» jurnalının 3-cü nömrəsini nəşr etmişdir

Jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2018-2019-cu tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunmuşdur.

Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanmışdır.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli vasitəsilə bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər.

Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçmək hüququ olduğu ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar üçün keçiriləcək müsahibə barəsində də məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın 3-cü nömrəsində təqdim olunub. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində test imtahanı əvəzinə verəcəkləri qabiliyyət imtahanları barəsində ətraflı məlumatla və müvafiq imtahan proqramları ilə də “Magistr” 3 jurnalında tanış olmaq mümkündür.

Azərbaycan dilində olan jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Rus dilində olan jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 45
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 602
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 197
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 177
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 514
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 547
Qubadlıya öz sahiblə...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:34 154
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 155
“Astronomiyada Əsas ...
“İkiqay” əsərinin müəllifi bu həftə Bakıya gəlir!
20 Oktyabr, 2025 - 14:19 157
“İkiqay” əsərinin mü...