İlin son biznes hadisəsinə doğru: “Marketinq Sammiti 2018”

Son illərdə ölkəmizdə iqtisadiyyatın inkişafı, rəqabətqabiliyyətli sahibkarlıq subyektələrinin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən bir çox fəaliyyətlər, tədbirlər keçirilməkdədir. Bu tədbirlər bir başa cəmiyyətimizin biznes təfəkkürünün formalaşması, lokal şəraitdə praktik və nəzəri biliklərin inkişafına təkan verməkdədir. Lakin son illərdə qloballaşan iqtisadiyyatımızın tərkib hissəsi olaraq daha fərqli formatda və istiqamətdə biznes tədbirlərinin keçirilməsinə ehtiyac yaranmışdır. Belə ki, sahibkarlar, iş adamları, eləcə də, biznes strukturlarında rəhbərlik funksiyalarını yerinə yetirən şəxslər dünya trendlərinin, beynəlxalq təcrübənin öyrənilməsinə daha çox maraq göstərməkdədirlər. Çünki, rəqabətə davamlı fəaliyyətin qurulması, ixrac potensialının artırılması və xüsusi ilə marketinq, bazar araşdırmaları və marketinq kommunikasiyaları istiqamətində daha da güclü struktura malik olmaq əsas şərtlərdən birinə çevrilmişdir. Bu baxımdan artıq ölkəmizdə təşkil olunan marketinq, biznes tədbirləri sırasında öz dəsti xətti ilə seçilən və xüsusi auditoriyası olan “Marketinq Sammiti” layihəsi xüsusi maraq doğurmaqdadır. Bu layihənin keçirilməsində əsas məqsəd lokal marketinq ilə qlobal marketinqin inteqrasiyası və dövlətin strateji yol xəritəsində vurğulanan marketinq, menecment, insan kapitalının inkişafı siyasətinə özəl sektorun dəstəyinin nələrdən ibarət olamalı olduğunu qarşılıqlı müzakirə etməkdir. Təşkilat komitəsinin üzvləri Eyyub Qarabağlı, Seymur Quliyev, Tural Abbaslı və Gülnarə İsmayılova sammitin keçirilməsi və sammitin missiyası haqqında danışarkən həmçinin qeyd etdilər ki, Sammit biznesin inkişafına istiqamətlənmiş qlokal bir tədbir olacaq və eyni zamanda mövzu Azərbaycan olunca bu bir vətənpərvərlik borcunun yerinə yetirilməsidir. Bu il sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirəcək. Azərbaycan, Gürcüstan və Türkiyədən olan 7 spiker destinasiya marketinqi, e-commers, loqistika marketinqi, marketinq kommunikasiyaları kimi vacib mövzular haqqında fikirlərini bölüşəcəklər. Təşkilat komitəsi hər kəsi www.marketingsummit.az internet portalı üzərində xüsusi platformaya uyğun qeydiyyat bölməsi yaratmışdır. Burada qeyd olunan suala cavab verməklə tədbirdə iştirak haqqı qazanmaq mümkündür. Qeyd edək ki, artıq dost Gürcüstan resublikasında tədbirdə iştirak üçün 50-dən artıq şəxs qeydiyyat keçib ki, bu da özlüyündə “Marketinq Sammiti 2018” layihəsinin qlobal bir platforma olduğundan xəbər verir. Sammiti gələcək illərdə də, strateji yol xəritələrinə görə fəaliyyətlərini davam etdirəcəkdir. Xəzəryanı ölkələr, MDB ölkələri, Avropa və Azərbaycan, Türk Dilli ölkələrin marketinq sammitinin keçirilməsi cari ilin mart ayında təşkilat komitəsinin iclası əsasında təsdiq edilmiş və sammitin starteji fəaliyyət istiqaməti kimi qəbul edilmişdir.

“Marketinq Sammiti” layihəsinin təşkilatçısı Azərbaycanda marketinq, marketiq kommunikasiyaları, bazar araşdırmaları kimi xidmətlər təqdim edən COMUNİCAL şirkətidir. Şirkət rəhbəri Tural Abbaslı bildirdi ki, artıq 2 ildir yerli sahibkarlara biznes fəaliyyətləri sahəsində xidmət göstərməklə, onların yerli və xarici bazarlarda fəaliyyətlərinin tənzimlənməsində yaxından iştirak etmişdir. “Marketinq Sammiti” layihəsi isə şirkət olaraq bizim rol aldağımız ən vacib layihələrdən biridir.

22 Dekabr 2018-ci il tarixində Bakı Biznes mərkəzində təşkil olunacaq tədbir bir neçə yerli şirkətlərin yol yoldaşlığı və media dəstəyi ilə baş tutmaqdadır. Burada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azpromo, Azərbaycan Dəmir Yolları idarəsi, Asan Radio, Aloprint, Vitam, Logix, EduHub kimi şirkətləri xüsusi vurğulamaqda fayda var. Əlbəttə ki, media qurumu olaraq biz də, milli iqtisadiyyatımızın inkişafına, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə istiqamətlənmiş bu tip tədbirlərin işıqlandırılmasında öz dəstəyimizi göstərməkdən məmnunluq duyuruq.

Ümid edir və inanırıq ki, qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalaşma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına hər zaman birlikdə tövhə verəcəyik.

Qeydiyyat
Paylaş