Çərşənbə, 21 Oktyabr, 2026

Masallıda 19 yaşlı yazıçının “Qordi düyünü” adlı kitabının təqdimatı olub


  • Dərc edildi: 27 Aprel, 2022 - 09:00
Masallıda 19 yaşlı yazıçının “Qordi düyünü” adlı kitabının təqdimatı olub

Masallıda 19 yaşlı yazıçı Gülnaz Nağızadənin “Qordi düyünü” kitabının təqdimatı olub. 25 aprel 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əslən Masallıdan olan, Sumqayıt şəhər 12 nömrəli orta məktəbin məzunu Gülnaz Nağızadənin yeni, üçüncü nəşr olunmuş “Qordi düyünü” kitabının təqdimatı olub. Masallı şəhər Gənclər Evində məktəb və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Masallı RİH başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova icra başçısı cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb, gənc yazar Gülnaz Nağızadəni iştirakçılara təqdim edib və ona yaradıcılıq uğurları arzulayıb. Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Masallının Yeənkənd kəndindən olan, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin ikinci kurs tələbəsi Gülnaz Nağızadəni təbrik edərək, onun gələcəkdə daha böyük uğurlara imza atacağına inandığını bildirib. AMEA N.Gəncəvi adına Ədəbiyyat institu Ədəbi tənqid şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli çıxış edərək Gülnazın artıq bir yazıçı kimi yetişdiyini, daha ucalığa can atan bir yazar olduğunu qeyd edib. «Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar İncəsənət xadimi Elçin Hüseynbəyli, kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arif Fərzəli, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölm�

�sinin sədri, yazıçı, Qafar Cəfərli, Prezident təqaüdçüsü, gənc şair Elvin Əlizadə, «Masallı ziyalıları» İctimai Brliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, «Dəginə» məktəb-liseyinin direktoru Taleh Əkbərov, «Tərəqqi» medallı müəllim Ədalət Nemətov, atası Nasir Nağıyev, müəllimələr, şəhər ictimaiyyətinin nümayəndələri və başqaları gənc yazar Gülnaz Nağızadəni əsərinin bədii məziyyətlərindən söz açıb, onu təbrik ediblər. Sonra müəllif, 19 yaşlı yazıçı Gülnaz Nağızadə üçüncü kitabının işıq üzü görməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu çətin yolda addımlayacağını qeyd edib. Tədbirin sonunda gənc yazara MİHİ Sumqayıt şəhər Komitəsi tərəfindən hədiyyə və gül dəstəsi təqdim olunub. Yazıçı Gülnaz Nağızadənin valideynləri belə bir tədbirin ərsəyə gəlməsində göstərdiyi qayğıya görə RİH başçısı cənab Şahin Məmmədova, eyni zamanda tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür ediblər. — İstedad kül altında qalan qordur. Onu tapan, üzə çıxaran gərəkdir. Hər adam savadlı ola bilər, istedadlı ola bilməz. Bu mənada həmişə istedada çevrilən bir ömür, istedadı dərk edib üzə çıxaran bir adam, üstəgəl istedad zəhmətinin sahibi bərabər olur xalqımızın qazancına. Bu istedada dəyər verib üzə çıxardığınıza görə Gülnazın valideynləri olaraq minnətdarlığımızı bildiririk... — deyə atası Nasir xüsusi vurğulayıb.

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 67
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 95
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 274
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 971
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 350
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 531
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 619
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 747
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 694
“Biologiyanın intera...