Çərşənbə axşamı, 28 İyul, 2026

Masallıda məktəbli-yeniyetmələr üçün icra edilən layihəyə yekun vuruldu


  • Dərc edildi: 25 Oktyabr, 2022 - 19:15
Masallıda məktəbli-yeniyetmələr üçün icra edilən layihəyə yekun vuruldu

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəşdirdiyi, Təhsilə və Uşaqlara Yardım İctimai Birliyi tərəfindən icra edilən “Yeniyetmələrin Su, Sanitariya və Gigiyena üzrə maarifləndirilməsi və rolunun artırılması” layihəsinə yekun vuruldu. Layihə Masallı rayonunun Çaxırlı, Xırmandalı, Göyəçöl və Sığıncaq kəndlərində icra edilmişdir. Layihənin ilk mərhələsində bu kəndlərdə yaşayan məktəbli-yeniyetmələr üçün Su, Sanitariya və Gigiyena ilə bağlı maarifləndirici təlimlər təşkil edilmişdir. Təlimlər interaktiv formada qrup işləri və xüsusi komanda oyunları ilə icra edilmişdir. Növbəti mərhələdə isə hər kənddən seçilmiş fəal yeniyetmələr üçün Təhsilə və Uşaqlara Yardım İctimai Birliyinin ofisində Su, Sa

nitariya və Gigiyena klublarının yaradılması, liderlik və komanda ilə işləmək bacarığı, ətraf mühitin qorunması yönümündə təlimlər keçirilmişdir. Layihədə ümumilikdə 102 nəfər yeniyetmə iştirak etmişdir ki, onların 54-ü qız, 48-i oğlan olmuşdur. Layihə bitdikdən sonra davamlılıq üçün seçilmiş yeniyetmələr öz icmalarında Su, Sanitariya və Gigiyena klubları yaradaraq həm maarifləndirmə həm də müxtəlif fəaliyyətlər icra edəcəklər. Qeyd üçün bildirək ki, layihənin rəhbəri Təhsilə və Uşaqlara Yardım İctimai Birliyinin sədri Ələsgər Hüseynov, layihənin təlimçisi Rafət Şirəliyev və eksperti Rəşad Dadaşov olmuşdur.

Ən Son Məqalələr

Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 106
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 38
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 234
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 322
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 437
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 388
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 454
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 628
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 959
Xanımlar üçün Founda...