Bazar ertəsi, 20 Aprel, 2026

Mən və seçkilər - Onlayn Esse Müsabiqəsi


  • Dərc edildi: 25 Mart, 2018 - 23:39
Mən və seçkilər - Onlayn Esse Müsabiqəsi

Onlayn esse müsabiqəsi – ``Mən və Seçkilər`` “Demokratiyanı Öyrənmə” İctimai Birliyi 11 aprel 2018-ci il Prezident seçkilərində gənc seçicilər üçün “Mən və Seçkilər?” mövzusunda esse müsabiqəsi elan edir. Müsabiqənin məqsədi gənclərin seçkilər mövzusunda həssaslığının, məlumatlılığının və seçkilərdə iştriak vərdişlərinin artırılmasına, həmçinin onlar arasında seçki institutuna inamın güclənməsinə nail olmaqdır. Müsabiqənin şərtləri: - Müsabiqədə 18-25 yaş arası gənclər iştirak edə bilər. - Esse Azərbaycan dilində yazılmalıdır. - Esselərin həcmi 500-1500 söz aralığında olmalıdır. - Müsabiqə elan olunduğu gündən əvvəl yazılmış və dərc edilmiş esse müsabiqəyə təqdim edilə bilməz. - Essedə hər hansı siyasi partiyanın yaxud namizədin təşviqatına yol verilə bilməz. - Essedə qeyri-etik ifadələrə və təhqirlərə yol verilə bilməz, alçaldıcı üslubdan istifadə edilə bilməz. Məzmun üzrə tələblər: Əsas mövzu - Seçkilər: nə üçün əhəmiyyətlidir? Müsabiqə iştirakçıları öz esselərində mövzu üzrə öz şəxsi planlarını, düşüncələrini və araşdırmalarının nəticələrini bölüşə bilərlər. Təqdim olunan esselər aşağıdakı mövzu istiqamətlərindən bir və ya bir neçəsinə fokuslanmalıdırlar: - Seçkil�

�rin demokratik idarəetmədə yeri - Seçki hüquqları və ondan istifadənin təşviq olunması - Seçkilər sahəsində müsbət beynəlxalq təcrübələr Qiymətləndirmə meyarları: Esselər aşağıdakı meyarlar əsasında 100 bal üzərindən qiymətləndiriləcək: - İdeyaya fokuslanma - 40 bal. Esselərin məzmunu müsabiqənin məqsədinə fokuslanmalı və qeyd olunmuş məsələni işıqlandırmalıdır. - Dəstək, arqumentasiya - 30 bal. Fikirlər güclü arqumentlərlə dəstəklənməli və əsaslandırılmalıdır. - Dilin düzgün istifadəsi, üslub - 10 bal. Azərbaycan dilinin elementlərindən düzgün istifadə edilməli, yaradıcı və uyğun üslub seçilməlidir. - Format - 10 bal. Essenin hissələri arasında ardıcıllıq gözlənilməli, fikirlər bir-birini tamamlamalıdır. - Qrammatik normalara riayət - 10 bal. Hərflərin və durğu işarələrinin normalarla uyğunluğu gözlənilməlidir. Esselər 5 aprel 2018-ci il tarixə qədər “Gənc seçici” başlığı ilə [email protected] ünvana göndərilməlidir. Qaliblər aşağıdakı qaydada mükafatlandırılacaq: 1-ci yer: 300 2-ci yer: 250 3-cü yer: 200 Əsas qaliblərdən əlavə müsabiqə tələblərinə cavab verən və ən yüksək bal toplamış daha 5 yazı həvəsləndirici mükafatlarla təltif ediləcək. Müsabiqənin nəticələri 2018-ci ilin aprel ayında açıqlanacaq.

Ən Son Məqalələr

Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 66
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 64
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 55
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 317
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 504
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 133
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 134
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1204
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 690
Autizmli gənclərin t...