Çərşənbə, 17 Dekabr, 2025

“MƏNİM ŞAMAXIM” adlı rəsm müsabiqəsi


  • Dərc edildi: 11 Fevral, 2019 - 23:01
“MƏNİM ŞAMAXIM” adlı rəsm müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “MƏNİM ŞAMAXIM ” adlı rəsm müsabiqəsini elan edir. Müsabiqə dahi şairimiz Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə keçirilir. Müsabiqəyə 29 yaşına qədər uşaq, yeniyetmə və gənclər qatıla bilər. Hərə Ad və soyad / Təvəllüd / Əlaqə nömrəsi / Oxuduğu məktəbin adını qeyd etməklə ən çox 3 əsərinin fotosunu 2019-cu il aprel ayının 6-nadək Xətai Sənət Mərkəzinin whatsapp: 00994513107401 nömrəsinə göndərməklə müsabiqənin iştirakçısı ola bilər. Münsiflər heyəti tərəfindən öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən müəlliflərin əsərlərinə üstünlük ver

iləcəkdir. Əl işlərinə kənar müdaxilənin(müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik. Müsabiqə iki turdan ibarət olacaqdır. I turdan keçmiş əsərlər əvvəlcə Şamıxıda sonra isə Bakıda keçiriləcək sərgilərdə nümayiş olunacaqdır. Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş 20 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalina dəvət olunacaqdır. Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular: Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazının müxtəlif kompozisiyalarda təsviri; Şamaxıya məxsus sənət nümunələri (xalça, dulusçu, misgər); Şamaxının tarixi abidələri, yerli mətbəx nümunələri; Qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin təsviri; Şamaxı rayonu üçün xarakterik musiqi və müxtəlif sənət alətinin təsviri; Şamaxının dahi şəxsiyyətlərin obrazlarının təsviri; Hərbi vətənpərvərlik mövzusu; Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və təbiətin təsviri; Müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü sürücü və s.) obrazlarının təsviri. Əsərlər Bakıdakı Xətai Sənət Mərkəzində və Şamaxı Mədəniyyət Mərkəzində sərgilənəcək.

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 93
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 28
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 28
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 59
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 643
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 238
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 210
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 550
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 571
Qubadlıya öz sahiblə...