Çərşənbə, 11 Fevral, 2026

“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsi


  • Dərc edildi: 4 Oktyabr, 2018 - 20:38
“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsi elan olunur. Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir. İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 2018-ci il oktyabr ayının 20-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir. 1. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/) 2. whatsapp: 00994 51 310 74 01 3. instagram: xetaisenetmerkezi 4. email: [email protected] 5. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.  Seçim iki yaş kateqoriyası üzrə aparılacaq:  12 yaşa qədər  12-17 yaş arası  Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əs�

�rlər seçiləcək.  Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea əsas götürüləcək.  Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.  Unutmayın ki, bu bir məşğuliyyət növüdür!  I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.  Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.  Həmçinin mövzular üzrə ayrı-ayrı təşkilatların diplomları təqdim olunacaq.  Milli mövzu - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  Ən balaca iştirakçıya - Azərbaycan Respublikası Təhsil Nazirliyi  Müasirliyin təbliği – Az Tv  Vətənpərvərlik mövzusu – Xətai Rayon İcra Hakimiyyəti  Ən yaxşı mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı  Ən yaxşı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası  Ən yaxşı rəng duyumu – Xətai Sənət Mərkəzi  Sərbəst fikir ifadə etdiyinə görə - “Sənətşünaslığın Təbliği” İctimai Birliyi  Ən yaxşı etüdə görə - “Yeni Gallery” Qalereyası  Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək, eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 161
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 318
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 44
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 214
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 316
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 414
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 514
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 72
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 370
Ted1.az saytı SATILI...