Çərşənbə, 4 Mart, 2026

Məryəm Cəfərovanın "Mənim rəngli dünyam" adlı fərdi sərgisi


  • Dərc edildi: 31 May, 2018 - 19:18
Məryəm Cəfərovanın "Mənim rəngli dünyam" adlı fərdi sərgisi

MƏRYƏM CƏFƏROVA “MƏNİM RƏNGLİ DÜNYAM”A DƏVƏT EDİR Hər zaman milli mədəni irsimizin təbliği və təşviqini əsas qayəsi hesab edən “NUR Art House” və onun böyüməkdə olan nəslə aşılanması istiqamətində fəaliyyət göstərən “GÜNXANART” Studiyası sizi 01 iyun 2018-ci il tarixində Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə gənc rəssam Məryəm Cəfərovanın “ MƏNİM RƏNGLİ DÜNYAM” adlı fərdi sərgisinə dəvət edir. Məryəm Cəfərova rəssam ailəsində anadan olub. Dünyaya göz açandan atasının, əmisinin rəngarəng rəsmləri ilə maraqlanıb və özü də şəkil çəkməyə başlayıb. 2014-cü ildən istedadlı rəssam Günel Hüseynovanın “GÜNXANART” studiyasında məşğul olur. Bir çox yerli və beynəlxalq sərgilərin iştrakçısıdır. 2016-cı ildə İspaniyada keçirilən “World Art Games, International Art Media Contest” beynəlxalq müsabiqəsində isə 12-14 yaşlı uşaqlar arasında 1-ci yerə layiq görülüb. Məryəm əl işlərini müxtəlif üslublarda təqdim edir. Onun soyuq batika (ehtiyat tərkibin köməyi ilə ipək parçada rəngləmə) texnikası ilə işlənmiş bir neçə maraqlı əsəri var. Batika texnikası sulu boya və dekorativ rənglənmənin imitasiyasını yaratdığı üçün diqqəti cəlb edir. Məryəm bu texnika ilə yaratdığı əsərlər arasında “Lalə”, “Flamenqo” və digərlərinin adını çəkmək olar. Gənc rəssamın istedadı və əl işləri bununla da bitmir.

Məryəm şüşə üzərində nöqtələrlə də işləyərək əsərlər yaradıb. Bu əsərlər arasında “Çeşir pişiyi”, “Natürmort”, “Dənizə gedən yol” kimi maraqlı əsərlərin adını çəkmək olar. Məryəm Cəfərova kətan üzərində akril boyası ilə də bir çox əsərlər yaradıb. Yaşı az olsa da, onun əl işləri bir çoxları tərəfindən bəyənilir. Gənc rəssamın kətan üzərində “Gəncə Cümə məscidi”, “Musiqi alətləri”, “İçərişəhər”, “Alisa möcüzələr diyarında” kimi əsərlərinin adını çəkmək olar. Böyük rəssam olmağı hədəfləyən Məryəm Cəfərova şüşə və boşqab üzərində dekupaj üslubu ilə də əsərlər yaradır. Bunlar sırasında “Zənci qadın”, “Mona Liza”, “Buta” kimi əl işlərinin adını çəkmək mümkündür. Məryəm Cəfərovanın rəsmlərinə baxanda, ilk öncə, onun rəngarəng dünyagörüşü adamı cəlb edir. Şüşə üzərində vitraj üslubunda işləməyə daha çox üstünlük verir. Beləliklə, hər zaman Azərbaycan incəsənətin inkişafını və tanıtımını qarşısına məqsəd qoyan, sənətkarlarmızın yaradıcılıq platformasına çevrilmiş “NUR Art House”, uşaq və yeniyetmələrə incəsənət növlərini peşəkarcasına təlqin edən GÜNXANART” sizi 01 iyun Uşaqların Beynəlxalq Müdafiə Günündə saat 19.00-da İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən “NUR Art House” sənət məbədində qarşılamaqdan böyük məmmunluq duyacaq. Sərgi 03.06.2018-ci il tarixinədək davam edəcək.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 870
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 285
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 239
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 446
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 106
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 335
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 434
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 523
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 658
Qarabağda iş imkanla...