Çərşənbə, 1 Aprel, 2026

“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNİN onlayn sərgisi açıldı


  • Dərc edildi: 24 İyun, 2020 - 18:10
“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNİN onlayn sərgisi açıldı

“MİNNƏTDARIQ” adlı RESPUBLİKA RƏSM MÜSABİQƏSİNİN onlayn sərgisi açıldı. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadına malik olan uşaqların, yeniyetmə və gənc rəssamların yaradıcılığında COVİD-19 pandemiyası zamanı səhiyyə işçilərinin, hüquq mühafizə orqanlarının əməkdaşlarının və Azərbaycan polisinin göstərdiyi çoxsaylı fədakarlıq nümunələrinin təsviri sənət əsərləri vasitəsi ilə təbliği və tərənnümü, milli həmrəylik, milli birlik duyğularını və insanların bədii zövqünü inkişaf etdirmək, rəssamların yaradıcılığını stimullaşdırmaq, doğma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olan “MİNNƏTDARIQ” adlı Respublika Rəsm Müsabiqəsinin onlayn yekun sərgisi keçirilmişdir. (https://www.facebook.com/ADRQalereya

.az/videos/595677631065610/) Müsabiqəyə respublikanın əksər şəhər və rayonlarından 3 yaş qrupu üzrə ümumilikdə 600-ə yaxın müəllifin 650 işi təqdim olunmuşdur. Təqdim olunan əsərlərin təhlili göstərdi ki, uşaqlar, yeniyetmələr və gənc rəssamlar COVİD-19 pandemiyasının təsirlərini, Azərbaycan həkimlərinin, polisin və digər hüquq mühafizə orqanları əməkdaşlarının fədakarlığını, dövlətin öz xalqının sağlamlığına göstərdiyi qayğını, birlik və həmrəyliyi özünəməxsus tərzdə təsvir etməyi bacardılar. Müsabiqənin pul mükafatına layiq görülənlərdən bir daha xahiş olunur ki, bank rekvizitləri və şəxsiyyət vəsiqələrinin surətini 2020-ci il iyun ayının 25-dək Mədəniyyət Nazirliyinə (əlaqə telefonu: 012493-93-85) və ya Azərbaycan Dövlət Rəsm Qalereyasının elekron poçt ünvanına ([email protected]) göndərsinlər. Müsabiqənin yekunlarına görə müəyyən olunmuş hədiyyələri və diplomları əldə etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi sosial izolyasiya tədbirlərinin şərtlərinə əməl etməklə (qoruyucu maskalardan, dezinfeksiya edici maddələrdən istifadə və sosial məsafə saxlamaq) Xətai Sənət Mərkəzinə yaxınlaşaraq, 2020-ci il iyun ayının 18-dən etibarən (bazar və bayram günləri istisna olmaqla) iyun ayının sonunadək hər gün saat 10:00-dan 18:00-dək əldə edə bilərlər.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 233
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 401
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 83
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 76
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1111
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 565
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 314
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 566
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 173
VI Azərbaycan Astron...