Bazar, 25 Yanvar, 2026

Müəllimlər üçün Lənkəranda 5 günlük düşərgə: “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsi! ÖDƏNİŞSİZ / QEYDİYYAT


  • Dərc edildi: 12 Fevral, 2024 - 10:07
Müəllimlər üçün Lənkəranda 5 günlük düşərgə: “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsi! ÖDƏNİŞSİZ / QEYDİYYAT

Tədrisdə teatr əsaslı təlim vasitələrindən istifadə olunacaq. “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsinə start verir. EduOnline.Az xəbər verir ki, layihənin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənlərin öz peşə fəaliyyətində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarətdir. Belə ki, layihə çərçivəsində ilkin mərhələdə 30 pedaqoqun təlim kursuna cəlb olunması nəzərdə tutulur. Proqram qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, eləcə də, bu sahədə təlimlər və seminarlardan ibarət olacaq. Bu təşəbbüsün nəzərdə tutulan nəticəsi müəllimləri improvizasiya, rol oyunu, aktyorluq və hekayə danışma sahələrində praktiki bacarıqlarla təmin etməkdir. Layihə müddətində istifadə olunacaq metod olan teatr əsaslı təlim güclü, əyləncəli və cəlbedici bir öyrənmə mühitini əhatə edir. Teatra əsaslanan öyrənmə öyrənənlərin ehtiyacları nəzərə alınmaqla hazırlanır, real ssenarilər yaratmaq üçün peşəkar aktyorlardan istifadə edilir. Sessiya zamanı nümayəndələr səhnələrin təqdim etdiyi münaqişənin həlli üçün müxtəlif strategiyaları araşdıra bilirlər. Müsahibə vermək və ya personajların “isti oturacaqları” tamaşaçılara “xarakter” nöqteyi-nəzərindən məsələ haqqında düşünməyə imkan verir. Həmçinin qeyd olunub ki, layihənin faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə iştirakçı müəllimlərlə birlikdə teatr əsa

slı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil metodları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır. “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsində iştirak etmək istəyən gənc müəllimlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3UBIAwK Layihənin əsas məqsədi müəllimləri teatra əsaslanan texnikalardan istifadə etməklə dərslərini daha cəlbedici, interaktiv və effektiv etmək üçün bilik və bacarıqlarla gücləndirməkdir. 20-35 yaş aralığında olan, müxtəlif təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər layihə çərçivəsində: - Teatr əsaslı təlim vasitəsilə dərs prosesinin şagirdlər üçün daha effektiv və interaktiv şəkildə təşkil olunması, - Müəllimlərin improvizasiya, rol oyunu, aktyor oyunu və “Story telling” bacarıqlarının inkişafı, - Sinif otaqlarında öyrənmə məkanının daha güvənli məkana çevrilməsi, - Şagirdlərin öyrənmə prosesində iştirakçılığının artırılması bilik və bacarıqlara yiyələnəcəklər. Həmçinin, layihə müddətində mövzuya əsaslanan əl kitabçasının hazırlanması da nəzərdə tutulur. Əgər sən də bu layihədə iştirak edərək yeni dərs metodikası ilə tanış olmaq, daha uğurlu dərs proqramını icra etmək istəyirsənsə, bizə qoşul! ️Tarix: 23-27 mart Məkan: Lənkəran şəhəri Son müraciət tarixi: 20 fevral İştirak etmək ödənişsizdir, bütün xərclər qarşılanır.

Ən Son Məqalələr

Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 207
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 226
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 28
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 293
Ted1.az saytı SATILI...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16 Yanvar, 2026 - 14:20 39
VI Azərbaycan Astron...
İdeyan var? 9 aylıq inkubasiya və pul mükafatı qazanmaq şansını qaçırma!
16 Yanvar, 2026 - 01:31 85
İdeyan var? 9 aylıq ...
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub
20 Dekabr, 2025 - 16:44 121
Zirə qəsəbəsinə aqro...
SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 301
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 122
“İngilis dili üzrə b...