Cümə, 6 Fevral, 2026

Mühəndislərlə Gələn Gələcək - Layihə


  • Dərc edildi: 16 Fevral, 2018 - 23:28
Mühəndislərlə Gələn Gələcək - Layihə

Hörmətli Tələbələr və Abituriyentlər, Sizi, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Ali NeftMəktəbinin təşkilati dəstəyi ilə həyata keçirilən "Mühəndislərlə Gələn Gələcək" layihəsində iştirak etməyə dəvət edirik. _________________________________________________ Neft Qaz Mühəndisliyi: Əli Nağıyev Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında Neft-qaz mühəndisliyi ixtisasında tamamladıqdan sonra Böyük Britaniyanın Heriot Watt Universitetində Neft-qaz mühəndisliyi ixtisasında Magistr pilləsinə qəbul olmuşdur. Təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında Neft-qaz və Rezervuar mühəndisliyi üzrə doktorluq dərəcəsi ilə davam etdirmişdir. 2012-2014-cü illər ərzində Azərbaycan Neft-qaz mühəndisləri Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır. Hazırda BP şirkətində Neft-qaz mühəndisi vəzifəsində çalışırq Fidan Səlim-zadə 2012-2017-ci illərdə Bakı Ali Neft Məktəbi və Heriot Watt Universitetinin birgə proqramı ilə Neft qaz mühəndisliyi ixtisasında təhsil almışdır. Bu dövrdə Bakı Ali Neft Məktəbi Neft qaz mühəndisləri Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişdir. Hazırda BP şirkətində Rezervuar mühəndisi kimi çalışır. Tarix: 18.02.18 Saat: 10:00-12:00 _________________________________________________ Kimya Mühəndisliyi: Vüsalə Məmmədova Azərbaycan D

övlət Neft və Sənaye Universitetinin kimya-texnologiya fakültəsinin neft ve qazın emalı texnologiyası ixtisası üzrə bakalavr və magistr pilləsini bitirmişdir. İş fəaliyyətinə H. Əliyev adına Neft emalı zavodunda kimyəvi təhlil laborantı kimi başlayan Vüsalə Məmmədova daha sonra kimyaçı- mühəndis pilləsini keçərək, hal- hazırda karyerasını həmin zavodun laboratoriya rəisi olaraq davam etdirir. Tarix: .24.02.18 Saat: 11:00-12:00 _________________________________________________ Prosesl'rin Avtomatlaşdırılması Mühəndisliyi: Abbas Əlili 253 saylı orta məktəbi "Fəxri Fərmanla" bitirdikdən sonra 642 balla Azərbaycan Dövlət Neft Akademiyasına "İstehsalat proseslərinin avtomatlaşdırılması və İT" (Tempus proqramı) ixtisası üzrə qəbul olub. 2011-2014-cü illərdə Almaniyanın Ştutqart Universitetində "Embedded Systems Engineering" (İnteqrə olunmuş sistemlər) ixtisası üzrə magistr təhsili alıb.2014-cü ilin noyabr ayından etibarən Bakı Ali Neft Məktəbinin "Kompüter və İKT" kafedrasında müəllim vəzifəsində çalışır. Tarix: .24.02.18 Saat: 10:00-11:00 _________________________________________________ İştirak Ödənişsizdir. İştirakçılar Sertifikatlarla təltif ediləcəklər. Əlaqə: https://www.facebook.com/anar.bedelbeyli bedelbeyli.anar@gmail.com +994513421652

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 111
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 236
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 27
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 185
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 280
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 381
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 485
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 65
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 350
Ted1.az saytı SATILI...