İş müsahibələrində verilən tapmaca suallar və cavabları

Namizədlərin analitik qabiliyyətini yoxlamaq üçün müsahibələrdə onlara çox vaxt tapmaca tipli suallar verirlər. Oxşar suallarla hər kəs qarşılaşa bilər.

Lakin hətta bu suallar qarşınıza çıxmasa belə onlara hazırlaşmaq çox maraqlı olacaq.
Müsahibə zamanı mürəkkəb məsələlərlə qarşılaşan insanlar təşvişə düşməməli və özünü itirməməlidir. Bir qayda olaraq, əksər hallarda məsələnin həlli yolu və gedişini yazmaq kifayət edir. Hətta məsələnin düzgün cavabı olmaya da bilər. Heç bir halda “mən bilmirəm” və ya “cavab verməkdə çətinlik çəkirəm” deməməlisiniz, sadəcə olaraq, məsələni danışaraq fikirləşin.

Müsahibədə nə ilə qarşılaşacağınızı və bu zaman özünüzü itirməmək üçün ən çox verilən tapmaca- sualları və onların cavablarını, eləcə də bu məsələlərlə bağlı tövsiyələri diqqətinizə çatdırırıq. Kim bilir, bəlkə də elə sizə bu suallar düşəcək.
Your code is here

Kanalizasiya lyukları


Ən geniş yayılmış tapmacadır, desək yanılmarıq.

Sual: Kanalizasiya lyukları niyə dairəvidir?

Your code is here Cavab: Bir neçə cavab variantı var. Dairənin diametri bərabər olduğu üçün istənilən halda, nə edirsən et, o quyuya yuvarlanmayacaq. Kvadratda isə əksinədir, kvadratın diaqonalı onun tərəflərindən daha böyükdür, ona görə də qapaq quyuya düşə bilər. Bununla yanaşı belə də cavab vermək olar ki, dairəvi lyukları daşımaq və hərəkət etdirmək daha asandır.

Lampalar


Suallar: Qapısı bağlı otaqda 3 lampa, dəhlizdə isə 3 elektrik açarı var. Qapını ən azı neçə dəfə açıb örtmək lazımdır ki, hansı elektrik açarının hansı lampanı yandırmaq üçün nəzərdə tutulduğunu müəyyən etmək mümkün olsun?

Cavab: Bir dəfə açmaqla. Eyni zamanda iki elektrik açarını yandırırıq, bir müddətdən sonra ikincini söndürürük. Otağa daxil oluruq: lampalardan biri hələ də yanır – bu, birinci elektrik açarına aiddir, daha sonra yerdə qalan lampalara toxunuruq – daha isti olan ikinci elektrik açarına aiddir, soyuq olan isə uyğun olaraq, üçüncüyə aid olur.
Your code is here

Tort


Sual: Tortu üç dəfə doğramaqla necə 8 bərabər hissələrə bölmək olar?

Cavab: İlk öncə tortu xaç şəklində 2 dəfə kəsməklə 4 bərabər hissəyə bölmək lazımdır. Daha sonra isə tortu horizontal formada iki yerə bölmək olar.

Your code is here Indi nə olsun ki, tort elə də hündür alınmadı, buna baxmayaraq, sizin 8 bərabər hissəyə bölünmüş tortunuz var.

Daha bir variant isə ilk iki kəsikdən sonra tortun hissələrini bir-birinin üzərinə qoymaqla bir kəsiklə iki yerə bölmək olar.

Ölü insan və kibrit


Sual: Tarlanın ortasında əlində kibrit olan ölü insan tapılıb və heç bir izə rast gəlinməyib. O, nə üçün və hansı şəraitdə dünyasını dəyişmişdir?
Your code is here
Cavab: Həmin insan aşağı düşməyə başlayan təyyarədən tullandığı üçün ölmüşdür, belə ki qəzanın baş verməsi qaçılmaz idi. Bütün sərnişinlər üçün bir paraşüt çatışmadı və onlar püşk atdılar. Onun bəxtinə qısa kibrit düşdü və o paraşütsüz düşmək məcburiyyətində qaldı.

Avtobus və toplar


Sual: Avtobusa nə qədər top yerləşə bilər?

Your code is here Cavab: İşə götürənin özü də dəqiq cavabı bilmir, eləcə də top və avtobusların böyüklüyü məlum deyil və əgər məlum olsa da belə avtobusa neçə topun yerləşdiyini heç kim yoxlamayıb. Avtobus üçün müəyyən uzunluq və enlik təyin edin, eləcə də topun ölçüsünü müəyyən edin. Avtobus və topun həcmini hesablayın. Bununla da siz boş avtobusa nə qədər topun yerləşəcəyini tapmış olacaqsınız. Lakin bu zaman oturacaq və avtobusun digər detallarını nəzərə alaraq alınmış rəqəmi bir az azaldın, nəzərə alın ki, toplar kvadrat formada deyil, dairəvidir və cavab verin.

Bu zaman məsələnin gedişi və ya həll yolu cavabın özündən daha vacibdir. Sual müxtəlif variantlarda verilə bilər: futbol topları, avtobus əvəzinə otaq və s.

Həblər


Sual: Həkim xəstəyə iki növdə hərəsindən iki dənə olmaqla olan 4 həb verdi, onları xarici görünüşünə görə bir-birində fərqləndirmək mümkün deyil.
Your code is here
Həbləri 2 dəfəyə içmək lazımdır: səhər hər növdən bir həb qəbul edilməlidi; bu, eynilə axşam da təkrarlanır. Əgər doza pozulsa, və ya həb qəbul edilməsə xəstə öləcək. Belə alındı ki, həblər qarışıq düşdü. Müalicə kursunu necə keçmək olar ki, həm də sağ qalasan?

Cavab: Təbii, ən asan cavab kimi həkimə gedərək yenilərini tələb etmək olardı, nəzərə alın ki, bu ölüm-qalım məsələsidir. Lakin ola bilər ki, onlar Yer kürəsində qalmış yeganə həblərdi və ya həkim sirli bir şəkildə yoxa çıxıb və s. Yəni, cavab vermək məcburiyyətindəsiniz. Həm də ki, hər şey olduqca sadədir: hər bir həbi iki yerə bölmək və hər həbin yarısını götürüb səhər və axşam qəbul etmək lazımdır.

Nəticə


Your code is here Yadda saxlayın ki, belə suallar adətən işə namizədin qeyri-standart vəziyyətlərdə davranışını yoxlamaq, düşünmə qabiliyyətini, yaradıcı və məntiqi yanaşmanı qiymətləndirmək üçün nəzərdə tutulub.

Təəssüf ki, bəzi hallarda müsahibəni götürən şəxs belə sualların cavablarını düzgün şərh edə bilmir və ya onun təyinatını belə başa düşmür. Lakin hətta belə vəziyyətlərdə belə inamlı davranış və cavabı tapmağa çalışmaq üstünlük kimi qiymətləndiriləcək və sizin vəzifəyə qəbul olma şanslarınızı artıracaq.

Mənbə:banker.az
Your code is here
Paylaş