Çərşənbə, 1 Aprel, 2026

Nəsimi Festivalı: Azərbaycan Xalça Muzeyində Vətənə qaytarılan qədim xalçaların təqdimatı keçirilib


  • Dərc edildi: 28 Sentyabr, 2018 - 13:28
Nəsimi Festivalı: Azərbaycan Xalça Muzeyində Vətənə qaytarılan qədim xalçaların təqdimatı keçirilib

Sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid "Naxçıvan" və XIX əsrə aid Qubanın "Hacıqayıb" xalçalarının təqdimatı keçirilib. Eduonline.az Trend-ə istinadən bildirir ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təşkil olunub. Hər iki xalça Azərbaycan Xalça Muzeyinin "Nadir Azərbaycan xalça nümunələrinin tarixi Vətəninə qaytarılması" layihəsi çərçivəsində muzeyə hədiyyə olunub. XVII əsrə aid "Naxçıvan" xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib. Bu xalçanın ara sahəsi mücərrəd formalı "Çələbi" gölü və iri həcmli palmetta elementləri ilə bəzədilib. Naxışlarda ağ, qızılı, göy və digər rənglərin harmonik vəhdəti kompozisiyaya xüsusi gözəllik verir.

Xalçanın iri ölçüsü, yüksək peşakarlıqla yaradılmış kompozisiyası və rənglərin harmoniyası onun böyük karxanalarda xüsusi sifarişlə toxunduğunu sübut edir. Qeyd edək ki, bu sənət nümunəsi Heydər Əliyev Fondunun muzeyə hədiyyə etdiyi üçüncü eksponatdır. Fond bundan öncə muzeyə XVII əsrə aid Qarabağın "Xətai" xalçasını və XVIII əsrə aid tikmə hədiyyə edib.
XIX əsrə aid Qubanın "Hacıqayıb" xalçasını isə Azərbaycan Xalça Muzeyinə italiyalı kolleksioner Mirko Kattai hədiyyə edib. Xalçanın ara sahəsini "kilimgülü", "kətəbə" və "burma" elementləri təşkil edir. "Şamdan" və "əjdaha" elementli haşiyə qurşağı xalçanın yalnız yuxarı tərəfini təşkil etdiyindən kompozisiyaya xüsusi özəllik verir. Xalçanın rəng çalarları ahəngdar və sabitdir. Qeyd edək ki, muzeyin "Xovlu xalçalar" kolleksiyası 2018-ci il ərzində bu sənət nümunələri daxil olmaqla 6 nadir xalça ilə zənginləşib. Təqdimat mərasimində "Muğam və Ruh" qrupu və Azərbaycan Milli Konservatoriyasının "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı da çıxış edib.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 234
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 404
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 85
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 80
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1114
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 569
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 314
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 568
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 174
VI Azərbaycan Astron...