Çərşənbə, 21 Oktyabr, 2026

Nostrifikasiya arayışların əldə olunması barədə videotəlimat


  • Dərc edildi: 7 Dekabr, 2020 - 16:17
Nostrifikasiya arayışların əldə olunması barədə videotəlimat

Nostrifikasiya arayışları necə əldə edilməli

Təhsildə Keyfiyyət Təminatı Agentliyi cari ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq E-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər: Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək. Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir. Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu. E-arayışların əldə olunması barədə videotəlimat https://www.youtube.com/watch?v=mhuzugrpQRU

Ən Son Məqalələr

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 67
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 95
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 274
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 971
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 350
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 531
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 619
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 747
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 694
“Biologiyanın intera...