Cümə, 6 İyun, 2025

Növbəti Ödənişsiz "CRM-in biznesdə tətbiqi" seminarı


  • Dərc edildi: 28 Aprel, 2019 - 19:33
Növbəti Ödənişsiz "CRM-in biznesdə tətbiqi" seminarı

26 "CRM-in biznesdə tətbiqi" seminarında iştirakçılar CRM alətlərinin köməyilə satış sistemini necə effektiv idarə etməyi öyrənəcəklər. Vaxt və məkan: Ödənişsiz "CRM-in biznesdə tətbiqi" seminarı TheOffice iş mərkəzində cümə axşamı, 30 aprel 2019-cu il tarixində 19.00 - dan 20.30 - dək keçiriləcək. Ünvan: Bəşir Səfəroğlu küç., 215, Nizami k/t yaxınlığında. Seminar kimlər üçün nəzərdə tutulub? Sahibkarlar İdarəçilər Kommersiya direktorları Satış üzrə direktorlar. Seminarda aşağıdaki mövzulara toxunulacaq: CRM nədir? Müştərilərlə münasibətlər hansı yollarla idarə olunur? Müştəri bazası Satış qıfı Satış prosesi Satışın idarəolunması Ünsiyyət vasitələri Təhlil CRM-in tətbiqi üzrə praktiki keys Seminarın iştirakçılar üçün faydası: Seminardan sonra iştirakçılar CRM-in satışın artırılmasında rolunu öyrənəcəklər. Praktiki olaraq CRM-i öz bizneslərində necə tətbiq edilməsi yolunu öyrənəcəklər. Dərhal CRM-dən istifadə etmək imkanını əldə edəcəklər. Satışı CRM sisteminin vasitəsilə təhlil etməyi öyrənəcəklər. Təlimçi haqqında: İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərində Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır. Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir. Seminarda iştirak üçün şərtlər: - Seminar praktiki olduğundan yalnız WiFi-ya qoşula bilən notebook və ya planşetlə gələnlər seminarda iştirak edə biləcəklər. - İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər seminarda iştirak edə biləcəklər. Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz: - Seçim turundan keçməklə siz seminarda ödənişsiz iştirak etmək imkanı əldə edirsiniz. - Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz. - Seminarın sonunda iştirakçılara "dinləyici" sertifikatı təqdim olunacaq. Seminarda iştirak haqqı: 0 AZN Seminarın dili: Azərbaycan

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 183
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 265
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 147
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 133
İİTKM-də “GIS-Tech M...
Müxtəlif şirkətlərdə müxtəlif vəzifələr, peşələr üzrə bütün Təcrübə Proqramları Bazası!
28 Aprel, 2025 - 13:54 677
Müxtəlif şirkətlərdə...
1300 AZN Maaşlı Google Ads Marketinq Təcrübə Proqramı
24 Aprel, 2025 - 17:13 989
1300 AZN Maaşlı Goog...