YARAT Müasir İNCƏSƏNƏT MƏKANI sizi Vüsal Rəhimin "Nurcan" adlı fərdi sərgisinə dəvət edir.
Açılış: 25 yanvar, saat 19:00
Mühazirə: 2 fevral, saat 19:00
Məkan: ARTIM Layihə Məkanı
İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir
Dress-kod: Qara geyim
Vüsal Rəhim, bu dəfə, diqqəti azyaşlıların məcburi nikahı kimi problemli məsələyə yönəltməyə çalışan "qara toy" layihəsini təqdim edir. "Nurcan" sərgisinin adı, rəssamın "arvadı", gəlin rolunu oynayan qız uşağının adından götürülüb. Nurcan, azyaşlıların zorla ərə verilməsinə qarşı mübarizə aparan aktivist Aynur Cavidin qızıdır. Performans səhnəsinin fonunu Aynur Cavidin divar üzərində yazılmış şeirləri təşkil edir.
Layihə 3 hissədən ibarətdir: birinci hissədə toy elan edilir və toya hazırlıq işləri aparılır, ikinci hissədə toy mərasimi keçirilir, üçüncü hissədə isə toydan sonrakı proseslər əks olunur.
Bu performans, rəngarəng milli toy adət-ənənələrini, o cümlədən bəy evinin gəlin evinə gəlişini, milli rəqsləri, qonaqların qarşılanması, o cümlədən qohum-əqrəbalar tərəfindən keçirilən müxtəlif mərasimləri əks etdirir. Toydan bir gün sonra, sərgi məkanı yeni ailə quranların "evinə" çevrilir. Burada qonaqlar performans ərzində çəkilmiş toy videoları və şəkilləri ilə tanış olurlar.
Büsbütün qara rəngə bürünmüş bu mərasim, toydan daha çox yasa bənzəyir. Əslində bu layihə, bu yaxınlarda baş vermiş, 1 günün gəlini olmayan 16 yaşlı qızın qətlindən təsirlənib. Qızın əslən Rusiyadan olan anası vəfat edəndən sonra, atası onu Azərbaycana gətirir və bir qədər sonra onu 32 yaşlı kişiyə ərə verir. Nikah gecəsi, qızın əri, arvadının bakirə olmadığını bəhanəsi ilə, onu elə çarpayıda qətlə yetirir...
Layihənin icrası, erkən nikahlar mövzusuna qarşı həssaslığın artırılması istiqamətində sosial işləri dəstəkləməklə yanaşı, cəmiyyətə bu problemin aktuallığını və virtual müzakirə platformasının təşkilinin vacibliyini izah edir. Qanunvericilikdə 18 yaşına çatmayan şəxsləri zorla evləndirilməsi və ya ərə verilməsinin qadağan olunmasına baxmayaraq, hər il, Azərbaycanda 15-17 yaşlarında qızlar orta hesabla 3,500 uşaq dünyaya gətirirlər. Erkən nikahların başlıca səbəbləri müxtəlifdir və bunlara əsasən yoxsulluq, ərə getməmək ("evdə qalmaq") qorxusu, sosial təzyiqlər və adət-ənənələr, müdafiəsizlik və maliyyə sıxıntıları daxildir. Yeniyetməlik illərində ərə gedən qızlar, hamiləlik dövrünün fəsadları, sosial izolyasiya, təhsil imkanlarının məhdudlaşdırılmasından əziyyət çəkməklə yanaşı, böyük ehtimalla, məişət zorakılığı və ər tərəfindən zorlanmalar kimi hallara da məruz qalırlar.
Rəssam haqqında
Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının teatr və dekorativ sənət fakültəsini bitirib. Onun əsərləri insan bədəni, gender və sosial strukturlar kimi mövzuları araşdırır və rəssamlıq, video, foto və heykəltəraşlıq kimi bir sıra vizual növlərini əhatə edir. Azərbaycandan savayı, onun əsərləri Rusiya, ABŞ, Gürcüstan və Fransada nümayiş etdirilib.
Sərginin müddəti: 25 yanvar – 11 fevral 2018 -ci il
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00
Ətraflı məlumat üçün: www.yarat.az; +(994)125051414