Şənbə, 31 Oktyabr, 2026

ÖDƏNİŞSİZ "EFFEKTİV SATIŞ TEXNİKALARI" SEMİNARI


  • Dərc edildi: 12 Sentyabr, 2018 - 04:43
ÖDƏNİŞSİZ "EFFEKTİV SATIŞ TEXNİKALARI" SEMİNARI

26 "Effektiv satış texnikaları" seminarı Müasir iqtisadiyyatda bazarların çoxu doymuşdur və ya bazarlar qiymət siyasəti, məhsulların xarakteristikaları, xidmət çeşidini diktə edən bir neçə böyük oyunçular tərəfindən idarə olunur. Rəqabət mübarizəsi dənizində batmamaq üçün nə etmək lazımdır? İşlədiyiniz biznes sahəsində öz seqmentinizi necə tapmaq olar? Özünü digərlərin iş şərtlərinə uyğunlaşdırmamaq, eyni zamanda bazarda işləmək üçün öz şərtlərini formalaşdırmaq üçün nə etmək lazımdır? Öz istehlakçını istənilən, hətta nisbətən doymuş bazarda necə tapmaq olar? Potensial müştərilərdən “Bəs Sizi digərlərindən fərqləndirən cəhətlər hansılardır?” sualını daha eşitməmək üçün nə etmək lazımdır? Bu və digər sualların cavablarını bu seminarda tapa biləcəksiniz. Vaxt və məkan: “Effektiv satış texnikaları” seminarı şənbə günü, 22 sentyabr saat 09.30dan 11.30-dək COLAB. mərkəzində keçiriləcək. Ünvan: "Port Baku", Neftçilər pr. 151, Üzeyir Hacıbəyli küçəsindən giriş. Seminar kim üçün nəzərdə tutulub? * Sahibkarlar * İdarəçilər * Satış üzrə direktor və menecerlər * Satış nümayəndələri * Satış mütəxəssisləri. * Seminarda aşağıdaki mövzulara toxunulacaq: 1. Satışın strategiyası və texnologiyası 2. Satışa hazırlıq mərhələsi 3. Əlaqənin qurulması mərhələsi 4. Telefonla danışıqların idarə olunması fəndləri 5. SPİN üsulu ilə müştərilərin tələbatlarını öyrənmək mərhələsi 6.

Şirkətin məhsulunun təqdimatı mərhələsi 7. Müştəri ehtirazlarının cavablandırılması mərhələsi 8. Satışın yekunlaşdırılması 9. Müştərilə mürəkkəb danışıqlar və mübahisələr 10. Danışıqlar zamanı müxtəlif vəziyyətlərdə effektivliyin artırılması 11. Əhəmiyyətli müştərilərin müşaiyyət olunması Təlimçi haqqında İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır. Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir. Seminarda iştirak üçün şərtlər Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz: İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər seminarda iştirak edə biləcəklər. Seçim turundan keçməklə siz seminarda pulsuz iştirak etmək imkanı əldə edirsiniz. Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz. Seminarda iştirak haqqı: 0 AZN Seminarın dili: Azərbaycan

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 29
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 122
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 145
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 327
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1069
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 393
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 573
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 673
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 787
Trabzon Sağlamlıq Qr...