Çərşənbə, 17 Dekabr, 2025

26 "Effektiv satış texnikaları" seminarı


  • Dərc edildi: 23 Noyabr, 2018 - 01:20
26 "Effektiv satış texnikaları" seminarı

Müasir iqtisadiyyatda bazarların çoxu doymuşdur və ya bazarlar qiymət siyasəti, məhsulların xarakteristikaları, xidmət çeşidini diktə edən bir neçə böyük oyunçular tərəfindən idarə olunur. Rəqabət mübarizəsi dənizində batmamaq üçün nə etmək lazımdır? İşlədiyiniz biznes sahəsində öz seqmentinizi necə tapmaq olar? Özünü digərlərin iş şərtlərinə uyğunlaşdırmamaq, eyni zamanda bazarda işləmək üçün öz şərtlərini formalaşdırmaq üçün nə etmək lazımdır? Öz istehlakçını istənilən, hətta nisbətən doymuş bazarda necə tapmaq olar? Potensial müştərilərdən “Bəs Sizi digərlərindən fərqləndirən cəhətlər hansılardır?” sualını daha eşitməmək üçün nə etmək lazımdır? Bu və digər sualların cavablarını bu seminarda tapa biləcəksiniz. Vaxt və məkan: “Effektiv satış texnikaları” seminarı 28 noyabr saat 11.00dan 12.30-dək COLAB. mərkəzində keçiriləcək. Ünvan: "Port Baku", Neftçilər pr. 151, Üzeyir Hacıbəyli küçəsindən giriş. Seminar kim üçün nəzərdə tutulub? Sahibkarlar İdarəçilər Satış üzrə direktor və menecerlər Satış nümayəndələri Satış mütəxəssisləri. Seminarda aşağıdaki mövzulara toxunulacaq: 1. Satışın strategiyası və texnologiyası 2. Satışa hazırlıq mərhələsi 3. Əlaqənin qurulması mərhələsi 4. Telefonla danışıqların idarə olunması fəndləri 5. SPİN üsulu ilə müştərilərin tələbatlarını öyrənmək mərhələsi 6. Şirkətin məhsulunun təqdimatı mərhələsi 7. Müştəri ehtirazlarının cavablandırılması mərhələsi 8.

Satışın yekunlaşdırılması 9. Müştərilə mürəkkəb danışıqlar və mübahisələr 10. Danışıqlar zamanı müxtəlif vəziyyətlərdə effektivliyin artırılması 11. Əhəmiyyətli müştərilərin müşaiyyət olunması Təlimçi haqqında İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır. Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir. Seminarda iştirak üçün şərtlər Seminarda iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz: Cəmi 12 iştirakçı üçün yer olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçilən kəslər telefonla tədbirə dəvət olunacaq. Seçim turundan keçməklə siz seminarda pulsuz iştirak imkanı əldə edirsiniz Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz. Seminarda iştirak haqqı: 0 AZN Seminarın dili: Azərbaycan Qeydiyyat

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 93
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 28
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 28
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 59
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 643
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 238
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 210
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 550
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 571
Qubadlıya öz sahiblə...