Cümə, 6 İyun, 2025

ODLAR YURDU UNİVERSİTETİNDƏ VAKANSİYALAR


  • Dərc edildi: 19 İyun, 2019 - 18:30
ODLAR YURDU UNİVERSİTETİNDƏ VAKANSİYALAR

Odlar Yurdu Universiteti 2019-2020-ci tədris ilindən başlamaqla Universitetin “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tətbiq edilməsi, Keyfiyyətin Təminatı Mərkəzinin qarşıya qoyduğu 5 (beş) illik strateji plan üzrə tələblərin həyata keçrilməsi və eləcə də vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinə keçidin təmin edilməsi məqsədi ilə gənc və peşakar müəllimlərin aşağıdakı ixtisaslar üzrə saat hesablı, yarım ştat və tam ştat olmaqla işə qəbulunu elan edir. Bakalavr səviyyəsi üzrə tədris; • Kompüter mühəndisliyi • İstehlak mallarının ekpertizası və marketinq • Beynəlxalq münasibətlər • Dünya iqtisadiyyatı • Mühasibat uçotu və audit • Maliyyə • Menecment • Marketinq • Biznesin idarəedilməsi • Dövlət və bələdiyyə idarəetməsi • Turizm və otelçilik • Kommersiya • Xarici dil müəllimliyi (ingilis) • Məktəbəqədər təlim və tərbiyə • Təhsildə sosial-psixoloji xİdmət • Filologiya (Azərbaycan dili və ədəbiyyatı) • Tərcümə (İngilis dili) • Sosial iş • Biologiya (Mikrobiologiya istiqaməti üzrə) • Psixologiya • Ekologiya • Dizayn (Memarlıq, interyer istiqamət üzrə) Magistratura səviyyəsi üzrə kadr hazırlığı: • Xarici dil müəllimliyi • Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili üzrə) • Filologiya • Azərbaycan dili • Azərbaycan ədəbiyyatı • Dünya iqtisadiyyatı • Beynəlxalq iqtisadi münasibətlər • Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri • Maliyyə • Bank işi • Maliyyə nəzarəti və audit • Menecment • Menecment (təhsil, turizm, səhiyyə, ümumi menecment) • Marketinq (sahələr üzrə) MBA proqramı üzrə: • Biznesin idarə edilməsi Doktorantura səviyyəsi üzrə kadr hazırlığı: • Maye,qaz və plazma mexanikası • Mikrobiologiya • Sistemli analiz,idarəetmə və informasiyanın işlənməsi • Dünya iqtisadiyyatı • Sahə iqtisadiyyatı • Dil nəzəriyyəsi • Ümumi psixologiya Tələblər: • Elmi dərəcəsi • İngilis və rus dillərində mükəmməl yazma və ünsiyyət qabiliyyəti • Tədqiqat - təhlil bacarıqları və vərdişləri • Müvafiq istiqamət üzrə ən azı 3 illik pedaqoji iş təcrübəsi • Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları • Müasir tədris metodları üzrə sertifikatlar • Müvafiq xarici dil(lər) üzrə setifikatlar Əsas vəzifələr: • Bakalavr, Magistratura və Doktoranturada səviyyəsində təhsil alan tələbələrə təyin olunan fənlərin tədrisi • Universitet tədris standartlarına cavab verən fənlər üzrə sillabusların hazırlanması • Dərslər, elmi müzakirələr və sərbəst işlər üzrə materiallarının planlaşdırılması və hazırlanması • Akademik araşdırmaların aparılması, hazırlanmış materialların yerli və xarici elmi jurnallarda dərc etdirilməsi • Müvafiq Departamentlərə dərsdənkənar tədbirlər təşkilində iştirak etmək Qeyd: 1. Xaricdə təhsil almış, yüksək təcrübəyə malik, müasir tədrisin təşkili və qiymətləndirilməsi meyarlarına uyğun olan namizədlərə üstünlük veriləcək; 2. Müraciət edən namizədlər arasından müsabiqədə iştirak hüququ qazananların sənədlərinin yoxlanılması, müsahibəyə dəvət olunması və işə qəbul olunması məqsədi ilə Odlar Yurdu Universitetində Musahibə Komissiyası yaradılmışdır; 3. Namizədlərin peşəkarlıq səviyyəsindən asılı olaraq əməkhaqqı komissiya tərəfindən fərdi qaydada müəyyən ediləcəkdir. Maraqlanan namizədlər öz CV-lərini avqust ayının 15-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

Mükafat fondu 30.000 AZN olan bütün regionlar üzrə inkubasiya proqramına qeydiyyat!
08 May, 2025 - 17:02 183
Mükafat fondu 30.000...
"Gənc Tədqiqatçılar 2" proqramına QEYDİYYAT!
02 May, 2025 - 16:52 264
"Gənc Tədqiqatçılar ...
TAM FƏRQLI TRABZON-RIZƏ-BATUMI TURU
02 May, 2025 - 11:52 147
TAM FƏRQLI TRABZON-R...
İİTKM-də “GIS-Tech Marathon 2025”in qaliblərinin mükafatlandırılması baş tutub
29 Aprel, 2025 - 19:40 132
İİTKM-də “GIS-Tech M...
Müxtəlif şirkətlərdə müxtəlif vəzifələr, peşələr üzrə bütün Təcrübə Proqramları Bazası!
28 Aprel, 2025 - 13:54 676
Müxtəlif şirkətlərdə...
1300 AZN Maaşlı Google Ads Marketinq Təcrübə Proqramı
24 Aprel, 2025 - 17:13 988
1300 AZN Maaşlı Goog...