Cümə, 6 Fevral, 2026

Oxu, Öyrən və Qalib ol - gənclərarası təqdimat yarışması


  • Dərc edildi: 16 Yanvar, 2019 - 06:18
Oxu, Öyrən və Qalib ol - gənclərarası təqdimat yarışması

kitabını #Oxu, təlimlərlə #Öyrən və təqdimatınla #Qalibol! Azərbaycan Resbublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Oxu, Öyrən və Qalib ol" gənclərarası təqdimat yarışmasına start verilir. Layihədə gənclərin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi, bədii və elmi ədəbiyyata marağın artırılması məqsədilə iştirak haqqını qazanmış 35 gənc layihə müddəti ərzində həm öyrənəcəklər, həm də yarışıb qalib ola biləcəklər. Layihə 3 mərhələdə həyata keçirilir: #Oxu #Öyrən #Qalibol ______________________________ #Oxu İlkin mərhələdə iştirak haqqını qazanmış 35 gənc püşkatma yolu ilə Azərbaycan ədəbiyyatına aid kitablardan birini seçərək, həmin kitabı mütailə edəcək. İştirakçılar arasında kitab bölgüsü aparılan zaman kitabın səhifə sayı və mövzusu nəzərə alınacaq. #Öyrən Növbəti mərhələdə gənclər müxtəlif mövzuları əhatə edən təlimlərdə iştirak edəcəklər. Təlim 1. “Natiqlik və nitq mədəniyyəti” - Natiqlik sənətinin incəlikləri; - Karyeranın artırılmasında natiqliyin rolu; - Nitqin qurulması, jest və mimikalardan istifadə... Təlimçi: Canoğlan İlyasov (Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramının mene

ceri) Təlim 2. “Təqdimat Bacarıqları” - Təqdimatı necə hazırlamalı; - Auditoriyanı (jüri) necə cəlb etməli; - Mimika və jestlərdən necə istifadə etməli... Təlimçi: Səfər Məmmədov (Milli Olimpiya Komitəsinin nümayəndəsi) #Qalibol Sonuncu mərhələdə iştirakçılar təlimlərdə əldə etdikləri biliklər əsasında oxuduqları kitabın təqdimatını hazırlayacaqlar. Layihə iştirakçılarının hazırladığı təqdimatlardan ən yaxşı 10 təqdimat seçiləcək. Yekunda 10 finalçı öz təqdimatlarını münsif və auditoriya qarşısında təqdim edəcəklər. Müsabiqənin nəticəsində münsiflər heyətinin rəyi ilə ən yaxşı 3 təqdimatın sahibi sertifikat, medal və müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaq. Gənclərin bədii və elmi ədəbiyyata (xüsusilə Azərbaycan ədəbiyyatına) marağın artırılması, natiqlik qabiliyyətinin inkişafı üçün intonasiya, davranış tərzi, jestlər, mimikaların mühüm rol oynamasını, təqdimat bacarıqlarını inkişaf etdirəcək təqdimatın növləri, mərhələləri, strukturu, təqdimat etmək qorxusu, effektiv təqdimat hazırlamaq üçün addımların öyrədilməsi nəzərdə tutulub. Qeydiyyat: https://goo.gl/forms/1cLnVipLuPbP8q9X2 Son tarix: 16.12.2018 Layihədə 18-29 yaş arası gənclər iştirak edə bilər. Layihədə iştirak ÖDƏNİŞSİZDİR! Layihə rəhbəri: Ceyhun Bayramov

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 116
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 240
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 27
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 187
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 280
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 382
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 488
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 65
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 352
Ted1.az saytı SATILI...