Bazar ertəsi, 9 Fevral, 2026

"Öz ilməni toxu" və "İçərişəhərin açarı" - Bugün maraqlı olacaq!


  • Dərc edildi: 17 May, 2018 - 21:23
"Öz ilməni toxu" və "İçərişəhərin açarı" - Bugün maraqlı olacaq!

“Öz ilməni toxu” adlı interaktiv installyasiya

18 May 2018-ci il tarixində Azərbaycan Xalça Muzeyində saat 11:00–da Beynəlxalq Muzeylər günü silsilə tədbirlərin təntənəli açılışı olacaqdır. Bu istiqamətdə Azərbaycan Xalça Muzeyi “Öz ilməni toxu” adlı interaktiv installyasiya hazırlamışdır. Bunlar muzeyin foyesində quraşdırılmış “zili” xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hanadır. Çərçivələrdə rəngli iplik yumaqlar bərkidilib. Hər bir ziyarətçi zövqünə uyğun rəng seçərək xovsuz xalça üçün bir və ya daha çox ip sırası toxuya bilər. Muzeyin işçiləri hər zaman köməyə gəlməyə və “zili” tipli xalçaların toxunma texnikasını əyani olaraq nümayiş etdirməyə hazırdırlar. Beləliklə, bu installyasiya yalnız daim dəyişən sənət obyekti deyil, çox geniş auditoriya üçün nəzərdə tutulmuş ustad dərsi üçün bir alətdir. “Öz ilməni toxu” adlı installyasiya qonaqların yalnız bir tamaşaçı kimi deyil, həm də digər çox sayda ziyarətçilərin də müəlliflik etdiyi xalça toxuma prosesində özlərini iştirakçı kimi hiss etməsinə kömək edir. O da maraqlıdır ki, hazır eskizdən fərqli olaraq, işin nəticəsi burada gözlənilməzdir – bu, b
ir çox insanların fantaziyasından asılıdır. Beləliklə, bu layihədə iştirak edərək hər bir qonaq unudulmaz təəssüratlarla yanaşı, həm də gələcəkdə məşğul ola biləcəyi bir hobbinin əsasını qoyan və ya sadəcə Azərbaycanın milli mədəniyyətinin incəliklərini daha yaxşı dərk etməyə köməklik göstərən yeni bacarıqlar əldə edəcəklər.
====================

İçərişəhərin açarı = oyun

Saat 13.00-da İçərişəhər ərazisində yerləşən muzey komplekslərində “İçərişəhərin açarı” kvest interaktiv oyununda iştirak etmək üçün dəvət olunurlar. Oyun iki komandadan ibarətdir. Birinci komanda Qız qalası, V.Mustafazadənin ev muzeyi və Numizmatika ekspozisiyası marşrutu ilə keçiriləcək. İkinci komanda isə Bəylər məscidi, Tahir Salahovun ev muzeyi və Miniatür kitab muzeyi marşrutu üzrə davam edəcək. Oyun prosesi komanda üzvlərinin bu muzeylərdə eksponat axtarışı üzrə qoyulacaq. İlk öncə hər bir komandaya eksponatların foto-fraqmentləri göstəriləcək və onlar bu fraqmentlərlə eksponatın hansı muzeyə aid olduğunu müəyyənləşdirəcəklər. Qalib komanda Şirvanşahlar Saray Kompleksində “İçərişəhərin açarı” mükafatı ilə təltif olunacaqdır.

Ən Son Məqalələr

Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 144
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 291
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 38
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 203
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 299
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 402
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 504
Qarabağda iş imkanla...
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtları bəlli oldu - Qrafik 2026
22 Yanvar, 2026 - 21:35 70
Bu il keçiriləcək bu...
Ted1.az saytı SATILIR!
20 Yanvar, 2026 - 21:29 363
Ted1.az saytı SATILI...