Özünüzə İş Qurmağa Kömək Edəcək Ən Yararlı 6 Kitab! - Siyahı

İş dünyasında uğur qazanmaq kimi insanların içində özülüyündən mövcud olan bir bacarıq olsa da, bir çoxları bunu təlimlər və oxuduğu kitablar sayəsində əldə edir. Əgər siz də bu məsələdə kitablara inanırsınızsa, onda bu siyahı tam sizin üçündür! =)

Qeyd: bu kitablar Azərbaycanda hələ də çap edilmədiyi üçün üz qabıqlarını türkcə paylaşacağıq.


1. Axtardığın Hər Şey – Jeff Bezos və Amazon Dövrü – Brad Stone


Axtardığın Hər Şey – Jeff Bezos və Amazon Dövrü – Brad StoneJeff Bezos dünyaca məşhur e-ticarət şirkəti olan Amazon.com-un qurucusudur. Dünyanın ən uğurlu innovasiyaları arasında yer alan bu layihəyə Amazon çayının adı verilib. Dünyanın ən böyük internet alış-veriş saytına çevrilməsi çox uzun çəkmədi. Bu kitab isə Bezosun zirvəyə yönəldiyi yolda qət etdiyi addımlar və fəaliyyətindən danışır. Brad Stone tərəfindən qələmə alınan, Axtardığın Hər Şey - Jeff Bezo və Amazon Dövrü adlı kitab 2013-cü ildə Financial Times və Goldman Sachs tərəfindən İlin İş Dünyası Kitabı, Washington Post, Forbes, The New Republic, The Economist, Bloomberg və Gizmodo tərəfindən İlin Ən Yaxşı Kitabı seçilib.


2. Rəqs Edərək İşə Getmək - Warren Buffett


Rəqs Edərək İşə Getmək - Warren BuffettDünyanın ən varlı təşəbbüskarı və iş adamlarından biri olan Warren Buffett iqtisadiyyat haqqında verdiyi bu təkliflərlə hər zaman gündəmdə olmağı bacarıb. Bir ata kimi təşəbbüskarlara verdiyi öyüd və nəsihətlər onun hər zaman simpatik biri olmasını təmin edib. Rəqs Edərək İşə Getmək isə Buffett tərəfindən qələmə alınmış bir iş inkişaf etdirmə kitabdırı. Buffett bu kitabında investisiya növləri haqqında informasiyalar verir.


3. Gizli İnandırma Taktikaları - Kevin Hogan


Gizli İnandırma Taktikaları - Kevin HoganKevin Hogan tərəfindən qələmə alınan Gizli İnandırma Taktikaları - Hər Zamanın Yox Cavabını Anında Hə'yə Çevirməyin Gücü - alt başlığıyla çapa buraxılıb. Əlaqə, satış texnikaları, istifadə edilən dil kimi məsələlərdə önəmli məlumatlar verən kitab hansı iş qrupundan olursunuz olun, sizə kömək edəcək bir əsərdir.


4. Bənövşəyi İnək - Seth Godin


Bənövşəyi İnək - Seth GodinBestsellerlər arasında yer alan Bənövşəyi İnək - iş inkişaf etdirmə mövzusunda yazılmış kitabdır. Seth Godin tərəfinən qələmə alınan və 2013-cü ildə yayımlanan əsər uğura ancaq fərq yaradaraq çata biləcəyinizi deyir. Kiçik sahibkarların və iş dünyasına yeni addım atmış təşəbbüskarların kitabda gedən söhbətlərdən xəbərdar olması bizcə mütləqdir.


5. 80/20 Qaydası - Richard Koch


80/20 Qaydası - Richard KochStrategiya məsləhətçisi və təşəbbüskar olan Richard Kochun qələmindən çıxan 80/20 Qaydası - əslində, dünyada özünü sübut etmiş bir teoriyadır. Həm iş, həm də özəl həyatınızda sizi uğura aparacaq sirr əslində burada gizlidir. Koch belə deyir: "Nəticələrin yüzdə 80-i səbəblərin yüzdə 20-sindən qaynaqlanır. O yüzdə 20-ni tapın və həyatınız sonuna qədər dəyişsin."


6. İlk 90 Gün - Michael Watkins


İlk 90 Gün - Michael Watkins"Keçid Dönəmindəki İdarəçilər Üçün Təsdiqlənmiş Strategiyalar" alt başlığıyla çap edilmiş kita 2014-cü ildə satışa çıxarıldı. 27 dilə çevrilən əsər dünyanın öndə gedən keçid sürətləndirmə mütəxəssislərindən olan Michael Watkins tərəfindən yazılıb. İş dünyasında uğura imza ataraq daha üst səviyyələrə qalxmaq istəyənlər üçün möhtəşəb bir rəhbər olan bu kitab illərdir Harvard Business Review Press-də ən çox satılmış kitablar arasında göstərilir.

MƏNBƏ: Kenquru.az


Paylaş