Cümə axşamı, 26 Mart, 2026

"Paşa Həyat" Sığortada "Baş mütəxəssis" vakansiyası!


  • Dərc edildi: 8 Fevral, 2018 - 18:00
"Paşa Həyat" Sığortada "Baş mütəxəssis" vakansiyası!

Struktur bölmə: Maliyyə departamenti / İnzibati işlər şöbəsi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq Vəzifə: Baş mütəxəssis Son müraciət tarixi: 09 fevral 2018-ci il İş saatları (iş rejimi): 09:00-18:00 Vəzifənin öhdəlikləri: 1. Şöbənin ümumi fəaliyyəti üçün təşkiledici və istiqamətverici funksiyaları yerinə yetirmək; 2. Şöbənin digər əməkdaşlarının (sürücü və xadimələrin) fəaliyyətinə nəzarət etmək; 3. Avtomobillərin texniki baxışdan keçməsinə, təmizliyinə, sığortalanmasına, təmirinə və normal iş fəaliyyətinə nəzarət etmək; 4. Lazım olan struktur bölmələrə xidməti görüşlər üçün avtomobillərin ayrılmasını təmin etmək; 5. Şirkətə aid məhsulların inventarizasiyasında iştirak etmək; 6. Sistem və qurğuların işinə nəzarət etmək və bağlanmış müqavilələr əsasında servis xidmətini və təmir işlərini təşkil etmək; 7. Ofisin su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatına nəzarət etmək; 8. Ofisin təmizliyinə nəzarət etmək; 9. Şöbənin fəaliyyətinə aid sənədləri, hesabatları hazırlamaq; 10.

Şöbənin fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən tapşırılacaq digər öhdəlikləri yerinə yetirmək. Namizədə olan tələblər: İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir, rus və ingilis dili arzuolunandır Kompüter bilikləri: MS Office Fərdi keyfiyyət tələbləri: Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, texniki işlərin planlaşdırılması və koordinasiyası, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı. İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası Vakansiya üçün müraciət qaydası: CV-lər “İnzibati işlər” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 178
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 339
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 61
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 60
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1063
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 515
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 297
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 542
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 162
VI Azərbaycan Astron...