Bazar, 22 Mart, 2026

Peşəkar CV. Özünü düzgün təqdimetmə. Uğurlu intervyu


  • Dərc edildi: 7 Sentyabr, 2018 - 16:10
Peşəkar CV. Özünü düzgün təqdimetmə. Uğurlu intervyu

Hazırda bir sıra şirkətlər işçi çatışmazlığından narazılıq edir, namizədlər isə iş tapa bilmədiklərindən əziyyət çəkir. Təlimçilər “Peşəkar CV. Özünü düzgün təqdimetmə. Uğurlu intervyu.” təlimində bu problemin aradan qaldırılması üçün təcrübələrinə dayanaraq həll yolları və məsləhətlər verməyə çalıçacaqlar. Təlim 2 gün keçiriləcək. Təlim aşağıdakı mövzuları əhatə edir: ·CV necə tərtib olunmalı; ·Müsahibəyə necə hazırlaşmalı və nələr araşdırmalı; ·Müsahibə zamanı necə xoş təəssürat yaratmalı və düzgün ünsiyyət qurmalı. Təlim Always və Tapmax-ın dəstəyi ilə baş tutacaq. Təlimçilər : Rəna Məmmədli 2014-2015 illərində dövlət proqramı vasitəsilə Nyukasl Universitetində İnsan Resurslarının İdarəedilməsi üzrə magistr təhsili alıb. Dissertasiyasını Azərbaycan bank sektorunda əməkdaş məmnuniyyətinə həsr edib və fərqlənmə alıb. İnsan Resursları üzrə dünyanın ən məşhur təşkilatlarından biri CIPD-inin üzvüdür. 2017-ci ilin aprelindən Beynəlxalq Bankın İşəqəbul şöbəsində aparıcı mütəxəssis vəzifəsində fəaliyyət göstərir. Elgün Qurbanov İş elanları üzrə məşhur “Vacancy Announcements” facebook qrupunu 2012-ci ildə təsis etmiş və ind

iyə qədər adminidir. Həmçinin Elgün 2013-cü ildə beynəlxalq aləmdə tanınmış təhsil və iş elanları üzrə Edu-active.comsaytının təsisçisidir. 2015-ci ildən Beynəlxalq Bankda çalışır, hazırda İşəqəbul şöbəsində aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirir. Röya Kərimova Uzun illər fərqli sektorlarda çalışmış “NAB Holding”in Qafqaz Lizinq və TCF BOKT şirkətlərində şöbə müdiri vəzifəsi, “Baku Electronics” MMC-də isə İnsan Resursları üzrə fəalliyyət göstərib. 2017-ci ildən Beynəlxalq Bankda İnsan Resurslarının İdarəedilməsi departamentində baş mütəxəssis vəzifəsində çalışır. ?İştirak ödənişsizdir. ?Qeydiyyat linki : http://clc.to/8Yzr7w ?Tarix: 15-16 Sentyabr ⏰Başlama saatı: 15 sentyabr - 10:00 ; 16 sentyabr - 14:00 ?Ünvan: Azerbaijani Alumni Association ; Caspian Business Center, 2-ci mərtəbə. ?Əlavə suallar üçün Gültən Əsgərli ilə +994707082268 əlaqə saxlaya bilərsiniz.

Ən Son Məqalələr

Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 170
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 42
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 45
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1044
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 477
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 280
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 523
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 148
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 401
Digital Marketing üz...