Şənbə, 28 Fevral, 2026

Bravo-da Təqaüdlü “Praktikum” Yay Təcrübə Proqramı! - SON GÜN!


  • Dərc edildi: 9 May, 2018 - 15:27
Bravo-da Təqaüdlü “Praktikum” Yay Təcrübə Proqramı! - SON GÜN!

Bravo tələbələr və təhsilini 2017-2018-ci illərdə bitirmiş məzunlar üçün “Praktikum” Yay Təcrübə Proqramına müraciətlərin qəbuluna başladı!

'Praktikum' Yay Təcrübə Proqramı haqqında ümumi məlumat

Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

Bravo Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün 'Praktikum' Yay Təcrübə Proqramı təşkil edir.

'Praktikum' tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiqini, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edib, şirkət peşəkarları tərəfindən təlimatlanıb, yay aylarında işləmək imkanı verir.

'Praktikum' təcrübə proqramı kimləri əhatə edir?

18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2017-2018-ci illərdə məzun olmuş gənclər

Təcrübə proqramının seçim mərhələləri hansılardır?

  • Müraciətlərin qəbulu
  • Test və qrup müsahibələri
  • Fərdi müsahibə

2018-ci il 'Praktikum' hansı şöbələri əhatə edir?

  • İnsan Resursları və İnzibati işlər
  • Maliyyə
  • Hüquq
  • Marketinq
  • Qida alışı
  • Qeyri-qida alışı
  • İT və Biznes əməliyyatları
  • Mağaza əməliyyatları
  • Mağazaların inkişafı

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
  • Peşəkarlarla birgə çalışmaq
  • Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat
  • Komanda işi və yeni layihələrin inkişaf etdirilməsi
  • Təcrübəçi proqramda iştirak etməsinə dair təstiq sənədi ilə təltif olunur

'Praktikum' Yay Təcrübə Proqramının şərtləri:

  • Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
  • Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır

Müraciət etmək üçün:

Maraqlanan gənclər 15 May 2018-ci il tarixinədək öz müraciətlərini xüsusi formanı dolduraraq [email protected] elektron ünvanına göndərə bilərlər.

Our intake for “Praktikum” internship program for the university graduates of 2017-2018 at Bravo has already started! To apply follow this link http://www.bravosupermarket.az/#/applicationForm to get more detailed information and by completing the application form [email protected] send it to this email. Deadline for the application: May 15, 2018.
 

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 231
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 233
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 223
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 421
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 94
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 287
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 415
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 499
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 636
Qarabağda iş imkanla...