Çərşənbə, 29 Aprel, 2026

Python Workshop 2019 (ödənişsiz)


  • Dərc edildi: 4 Yanvar, 2019 - 19:43
Python Workshop 2019 (ödənişsiz)

Python və Data, ayrılmaz iki dost... Son dövrlərdə Data Elminə (eng. Data Science) maraq durmadan artmaqdadır. Bəs məlumat (eng. data) analizi nə deməkdir? Analizin hansı mərhələləri var? Hansı alət (eng. tool) və ya proqramlaşdırma dilindən istifadə etməli? Kaggle platforması nədir və məlumat analiz edərək necə pul qazanmaq olar?

Yuxarıdakı suallara tədbir zamanı praktiki cavab tapmağa çalışacağıq. Tədbirin gündəliyi: * Kaggle nədir və Kaggle vasitəsilə neçə data elmini öyrənmək olar; * Məlumat analizində Python-nun yeri; * Real nümunə üzərində məlumat analizi; Real nümunə haqqında: * Data collection / web crawling (məlumat toplanması) - ən böyük onlayn iş elanı veb səhifəsindən məlumatların avtomatik götürülməsi və faylda saxlanılması; * Data cleaning (məlumat təmizlənməsi) - dəyişənlərin tipinin dəyişdirilməsi, catışmayan məlumatların bərpa olunması, artıq sətrlərin təmizlənməsi; * Feature generation (yeni dəyişənlərin yaradılması) - əldə olan məlumatlardan yenisinin yaradılması, misal üçün: elanın mətnind
ən hansı dildə yazılması; * Data visualizatoin (məlumatların təsviri) - məlumatların vizual təqdim olunması; İstifadə olunacaq kitabxanalar (eng. library): * numpy * pandas * matplotlib * seaborn * wordcloud * langdetect * Jupyter Notebook Təqdimat edəcək: Toghrul Jafarov - 4 ildən çox Data Analiz sahəsində təcrübəsi var. Python, R, Tableau, Machine Learning üzrə qabaqçıl biliklərə sahibdir. Bakalavr (Computer Science) və Master (Artifical İntelligence and Decision) təhsilini Fransanın Pyer və Mari Küri Universitetində aldıqdan sonra dövlət sektorunda Data analitik kimi fəaliyyətə başlamışdır. 2017/2018-ci illərdə Belçikanın Qent Universitetində "Advanced Statistical Data Analysis" ixtisası üzrə ikinci master təhsili almışdır. Hazırda Data Scientist kimi fəaliyyət göstərir. Qeydiyyatdan aşağıdakı link vasitəsilə keçə bilərsiniz: https://goo.gl/forms/JscIeNBDvt0jtENX2 12 Yanvar 2019, 11:00 – 14:00 Fabrika Coworking Center

Ən Son Məqalələr

“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 35
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 92
Trabzon Sağlamlıq Qr...
“Biologiyanın interaktiv tədrisi” layihəsi çərçivəsində məşğələlər  davam etdirilir
07 Aprel, 2026 - 00:20 92
“Biologiyanın intera...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi” layihəsi üzrə dərslər davam edir
07 Aprel, 2026 - 00:12 79
“İbtidai sinif şagir...
Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 337
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 540
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 152
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 152
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1245
SOCAR-ın Sumqayıt və...