Şənbə, 31 Oktyabr, 2026

“Qadın gülərsə” layihəsi


  • Dərc edildi: 5 Mart, 2020 - 15:30
“Qadın gülərsə” layihəsi

Salam dostlar! Böyük Britaniyanın "Konflikt, Sabitlik və Təhlükəsizlik Fondunun" dəstəyi ilə Baku IdeaLab tərəfindən həyata keçirilən "Öz Səsini Kəşf Et" proqramının "Öz Şəhərini Dəyiş" istiqaməti çərçivəsində seçilmiş layihələrdən biri olan “Qadın gülərsə” layihəsi ərzində zorakılığa məruz qalmış 15 qadınla birlikdə 3 günlük təlim sessiyası həyata keçiriləcəkdir. Təlim boyunca zorakılığın növləri və qadınların öz təməl hüquqları kimi mövzular ətrafında maarifləndirici söhbətlər aparılacaq. Təlimin bir günündə isə zərərçəkmiş qadınlar ilə psixoloji seansın keçirilməsi nəzərdə tutulur. Layihənin məqsədi - cəmiyyəti zorakılıq mövzusunda məlumatlandırmaq və həssaslığı artırmaq; - zorakılığın qurbanı olmuş qadınları cəmiyyətə yenidən qaytarmaq; - həmçinin ölkədə zorakılıq hallarının müəyyən qədər qarşısının alınmasına nail olmaqdan ibarətdir. Layihənin təqdimat mərasimində qadınların ideyalarına əsasən üzərində illustrasiyalar və müxtəlif yazılar əks olunan bir sıra əşyalar paylanılmaqla yanaşı, qadınların öz hekayələrini danışdığı, eləcə də qısa məzmunlu hüquqi maarifləndirmənin əks o

lunduğu videoçarx təqdim olunacaq. Təlim müddəti: 10-12 mart Təlim saatları: 14:00-17:00 Təlimin keçiriləcəyi məkan: Baku IdeaLab (Nizami m/s yaxınlığı, 44 C.Cabbarlı küç., Capian Plaza 3, 3-cü mərtəbə) Kimlər müraciət edə bilər: Öz hekayəsini bizimlə bölüşmək istəyən qadınlar. Müraciət linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeYDcyJbiQG8Y05Oy4ffSIXEHgUqYr8AWW7Ro_VnNJOor4X3Q/viewform?vc=0&c=0&w=1 Müraciət üçün son tarix: 8 mart, 2020 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: ✉️ [email protected] (051) 619-60-64  

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 29
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 122
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 145
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 327
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1069
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 393
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 573
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 673
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 787
Trabzon Sağlamlıq Qr...