Cümə, 13 Noyabr, 2026

“Qadın Liderlik Məktəbi” proqramı: Gender bərəbərliyi, layihə idarəetməsi, ictimai natiqlik, debat və sosial media kampaniyalarının idarəedilməsi və digər təlimlər!


  • Dərc edildi: 12 Yanvar, 2023 - 09:50
“Qadın Liderlik Məktəbi” proqramı: Gender bərəbərliyi, layihə idarəetməsi, ictimai natiqlik, debat və sosial media kampaniyalarının idarəedilməsi və digər təlimlər!

Baku Community Space “Qadın Liderlik Məktəbi” proqramı üçün müraciətləri açıq elan edir!   Proqram Bakıda yaşayan 18-35 yaş aralığında olan qadınların icmalarda iştirakını artırmaq və qadın problemlərinin həllinə töhfə verəcək liderlərin inkişafına şərait yaratmaq məqsədi daşıyır.   Seçilən iştirakçılar gender bərəbərliyi, layihə idarəetməsi, ictimai natiqlik, debat və sosial media kampaniyalarının idarəedilməsi və digər mövzular üzrə təlimlərdə iştirak edəcəklər. Eyni zamanda layihə iştirakçıları müxtəlif məsələlərə gender perspektivindən baxış imkanı əldə edəcəklər. Təlimlər sosial və biznes sahələrindən olan ekspertlər tərəfindən keçiriləcəkdir və iştirak ödənişsizdir.   Təlimlərdə aktiv iştirak edən şəxslərə yekun mərhələdə öz layihələrini həyata keçirə bilmək üçün texniki və

mentor dəstəyi göstəriləcəkdir.   Təlimlər həftəsonu və tətil günlərində 10:00-17:00 saat aralığında keçiriləcək.   Proqram özünü qadın olaraq identifikasiya edən və qadın sosiallaşması təcrübəsi olan bütün şəxslər üçün açıqdır.   Təlim məkanı əlilliyi olan şəxslər və çətin hərəkət qabiliyyəti olan şəxslər üçün müyəssərdir.   Proqram müddəti: 6 ay (fevral-avqust) Müraciət üçün son tarix: 22 yanvar 2023 Müraciət anketi: https://forms.gle/uT9ZBQfWghMXDRD86 Anket vasitəsilə müraciət edən iştirakçılar müsahibə mərhələsindən keçməklə layihədə iştirak haqqı qazanırlar. Proqram gündəliyi Əlavə məlumat üçün email: [email protected]   Telefon: +994513658689

Ən Son Məqalələr

Azərbaycanda Vakansiyalar, Təcrübə Proqramları və Təqaüdlər: İmkanları Edumap.az ilə Kəşf Et
29 Oktyabr, 2026 - 22:44 112
Azərbaycanda Vakansi...
“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – Təhsil Eksperti ilə Müsahibə
16 Oktyabr, 2026 - 11:47 174
“Tənbəldir”, “diqqət...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar
06 Oktyabr, 2026 - 19:44 196
Məktəblilərimiz Beyn...
Universitet tələbəsi üçün CV necə hazırlanmalıdır? 2026-cı il üçün tam bələdçi
31 Avqust, 2026 - 23:13 397
Universitet tələbəsi...
Startup proqramları və AI ilə dünyanı necə gəzmək olar? - VEBİNAR
25 İyul, 2026 - 01:21 1138
Startup proqramları ...
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub
24 İyul, 2026 - 18:02 446
XIX Beynəlxalq Astro...
 VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub
05 İyun, 2026 - 18:11 624
VI Azərbaycan Astro...
“Biologiyanın İnteraktiv Tədrisi” layihəsinin bağlanış mərasimi keçirilib
23 Aprel, 2026 - 07:16 732
“Biologiyanın İntera...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:10 840
Trabzon Sağlamlıq Qr...