Bazar ertəsi, 30 Mart, 2026

Qəbul imtahanının II mərhələsinin 2 ci cəhd imtahanına qeydiyyat başladı!


  • Dərc edildi: 5 İyun, 2023 - 09:06
Qəbul imtahanının II mərhələsinin 2 ci cəhd imtahanına qeydiyyat başladı!

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2 ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyat başlanıb

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 2023-cü il iyunun 5-dən 20-dək aparılacaq. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

Aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidən fərqli olan ixtisas qrupunu seçməyə icazə verilir.

18 iyun tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanına yazılan şəxslərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət aldıqları təqdirdə yay imtahanına buraxılmayacaq.

Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan) üzrə 9 iyul , I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan) üzrə isə 23 iyulda keçiriləcək.

Ən Son Məqalələr

Təcrübə proqramları və vakansiyalar 2026: İş tapmağın ən effektiv yolu (Tam bələdçi)
24 Mart, 2026 - 12:17 226
Təcrübə proqramları ...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
18 Mart, 2026 - 17:35 389
Xanımlar üçün Founda...
Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 76
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 74
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1104
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 559
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 308
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 564
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 169
VI Azərbaycan Astron...