Bazar ertəsi, 1 Dekabr, 2025
Reklam

“QHT işinin təşkili, aparılması və inkişafı” - Seminar və Məlumat Turu


  • Dərc edildi: 13 Fevral, 2018 - 17:56
“QHT işinin təşkili, aparılması və inkişafı” - Seminar və Məlumat Turu

Hörmətli gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının növbəti Məlumat Turu və “QHT işinin təşkili, aparılması və inkişafı”mövzusunda seminarı gənclər təşkilatlarının rəhbər nümayəndələri və fəal gənclər ilə 21 fevral 2018-ci il tarixində, saat 14:30-da ADA universitetində keçiriləcəkdir. Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Prezidenti tərəfindən 15 dekabr 2006-cı il tarixində Xarici İşlər Nazirliyinin nəznində təsis edilmişdir. 13 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəznində fəaliyyət göstərən "ADA" Universiteti yaradıldı. “Green and Smart” kampusunda yerləşən “ADA” Universitetinin əsas missiyası qlobal perspektivə malik gələcək liderlər yetişdirmək, təhsildə elm və tədqiqatın inkişafına şərait yaratmaqdır. Məlumat turu zamanı: ADA Universitetinin strukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanışlığı; Universitet daxilində mövcud proqramlar haqqında məlumatlandırma; Universitet kampusuna, zəngin kitabxana və digər inzibati binalara turun təşkili; ADA universitetinin professoru tərəfindən “QHT işinin təşkili, aparılması və inkişafı” mövzusunda seminarının təşkili nəzərdə tutulub. Məlumat turu çərçivəsində Gənclər təşkilatlarının rəhbər nümayəndələri və bu sahədə fəaliyyət göstərən fəal gənclər ADA Universitetinin professoru tərəfindən təşkil olunan “QHT işinin təşkili, aparılması və inkişafı” mövzusunda seminar zamanı iştirakçılar QHT sahəsində işlə bağlı beynəlxalq təcrübə ilə tanış olacaq və bunun nəzəri mexanizmləri haqqında geniş biliklər əldə edəcəklər. Seminar zamanı dinləyicilərin maraq doğura biləcək sualları yerindəcə ADA universitetinin professoru tərəfindən cavablandırılacaq. Milli Şura tərəfindən məlumat turlarının keçirilməsində məqsəd Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Məlumat turları çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 86 gənclər təşkilatının 380-dan çox nümayəndəsi 24 məlumat turunun iştirakçısı olub. Qeyd: Məlumat Turunda iştirak etmək üçün ARGTMŞ-ın katibliyi tərəfindən təsdiq aldığınız təqdirdə gecikməməyiniz, özünüzlə şəxsiyyət vəsiqənizi gətirməyiniz xahiş olunur. Yerlərin məhdud olduğunu nəzərə alaraq, qeydiyyatdan keçənlərin sıralamasına uyğun olaraq iştirakçılar ilə əlaqə saxlanılacaq və məlumat turuna dəvət olunacaqlar. Görüş yeri: Gənclik metrosunun cıxışı, Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısı Görüş saatı: 14:00 Vaxt: 21.02.2018 Qeydiyyat üçün son müraciət tarixi: 19 fevral 2017 - cı il, saat 18:00 - a qədər. Qeydiyyat

Əlaqələndirici şəxs: Samir Mehraliyev
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 40
Tel: 012 440 16 31
Reklam
Fax: 012 440 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H

Ən Son Məqalələr

“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
27 Noyabr, 2025 - 21:29 27
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 16:09 528
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 175
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 156
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 499
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 528
Qubadlıya öz sahiblə...