Şənbə, 13 Dekabr, 2025

Respublika İnnovasiya Müsabiqəsi


  • Dərc edildi: 30 Avqust, 2019 - 10:06
Respublika İnnovasiya Müsabiqəsi

“Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan – Qoşul və ölkəmizi beynəlxalq proqramda təmsil et! (Qeydiyyat davam edir)! Müsabiqənin 2019-cu il üçün qalib olacaq 2 komandası Estoniyada keçiriləcək beynəlxalq sTARTUp Day proqramına göndəriləcəkdir! Son müraciət tarixi: 23 sentyabr, 2019 Müsabiqə haqqında ətraflı məlumat: http://ric.az/apply/ Proqram özünün öyrədici strukturuna görə proqrama qəbul olunan innovativ layihə və ideya müəlliflərinə çox vacib proqress xətti təklif edir. İndi isə gəlin “Respublika İnnovasiya Müsabiqəsi” proqramı ilə daha ətraflı tanış olaq. Kimlər bu proqramda iştirak edə bilər? İnnovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, innovativ layihə müəllifləri, müəllim, tədqiqatçı və s. peşənizdən asılı olmayaraq “Respublika İnnovasiya Müsabiqəsi” bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır. Müraciətlər ən azı bir Dayanıqlı İnkişaf Məqsədinə (SDGs) aid olan problemin həllinə yönəlməlidir. Hansı ideyalarla müraciət etmək olar? Proqrama iqtisadi, ekoloji və sosial sahələrə aid innovativ layihə və ya ideya ilə müraciət edə bilərsiniz. İstənilən bir sahəyə aid olan yeni, kreativ və orijinal ideyanız ilə elə indi müraciət edin. Proqrama qəbul olan layihələri nə gözləyir? "Respublika İnnovasiya Müsabiqəsi" 4 əsas mərhələdən ibarətdir: Mərhələ 1: Kamp (Bootcamp) – 12-13 oktyabr 2019-cu il Azərbaycan üzrə nəticələrə görə, proqrama qəbul olunan 15 layihə komandasının Sil. innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən ̈̈ da iştirakı. Burada iştirakçılar startap qurulmasında vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənəcəklər. Mərhələ 2: İntensiv akselerasiya proqramı – 14 oktyabr- 10 dekabr 2019-cu il İki günlük kamp bitdikdən sonra komandalar ölkədaxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar. Mərhələ 3: Ölkə Finalı – 13 dekabr 2019-cu il Təlimlərdən mərhələsi yekunlaşdıqdan sonra komandalar öz layihələrini Münsiflərin qarşısında demonstrasiya edəcək və eyni zamanda prezentasiya şəklində təqdim edəcək. Qaliblər, Müsabiqənin Final tədbirinin sonunda münsiflərin verdiyi qərara əsasən elan olunacaqdır. Mərhələ 4: "sTARTUp Day" – Estoniya, 29 – 31 yanvar 2020-ci il Müsabiqənin 2019-cu il üçün qalib olacaq 2 komandası Estoniyada keçirilən “sTARTUp Day” proqramına göndəriləcəkdir. Tartu Estoniya, 29-31 Yanvar, 2020 – “sTARTUp Day” (

qDxaUvk3Ox811_iNWXpkPUQcmAnNxoPkKmkj5Thfnmrda5unZJRZL-HytVcoMB3zxGaMTYSNvsrTbUIIAbn02wn3TAadlQ_55jNEaZ35e4fhFLXHFdR3KykN241VRqFB__uIJI1mX9RQGvx47YFViV0HZnCyM0nBneu7ZH0PhEd50ITvh-6mWA5TB5ySKRpShPrH4g6XGpUIdX1yzdDKMOGuiUZ_EB9R2seAG1WoE0nUQX60Ytx92tCrCaUdd46kkpQyKNlOmJiQEERypZbxnWMNFQ6YzE1lwCCpHdYxOEMTYdEC6HXD-aI_Z17Q5x4_bYMQ6p6TgIPFAEatW1NL7tZxsr3-DtqHYLKAmvLpBMOjOLythCkxKAAyMFCwfkhp8Sen1aquRsDdPDxPEhxIaSRYE2WF672YQaj_jirEwwK2iG466MOirV0ZQQGtruwEdpXy13DmiC-Tqe4jFU6cwdkClYdl12s1DNWvVarxdKAmP8_mAkASTu76OCFANevuIw" target="_blank" rel="noopener nofollow noreferrer" data-ft="{"tn":"-U"}" data-lynx-mode="async">https://www.startupday.ee/) “sTARTUp Day” 100 dən çox peşəkar investoru və 4000 iştirakçını biryerə gətirən biznes, innovasiya və yeni texnologiyalar haqqında müzakirələrin edildiyi və startuplara onarın uğur hekayələrini, çıxardığı dərslərini bölüşməsi üçün imkan yaradan bir proqramdır. Məqsəd, startupları bir-biri ilə və potensial müştərilər, investorlar ilə əlaqələndirərək onlara qlobal bazarda potensial partnyorlar tapmağa, əlaqələr qurmağa imkan yaratmaqdır. Nə qazanacaqsınız? Bu il Azərbaycandan proqrama qəbul olunacaq 15 startap komandası akselerator proqramı çərçivəsində proqres edərək Estoniyada keçiriləcək qlobal proqramda iştirak vəsiqəsi və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalının mükafatları: – “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalı qalibi bütün xərcləri qarşılanaraq 29-31 yanvar 2020-ci il tarixlərində keçiriləcək “sTARTUp Day” proqramında Azərbaycanı təmsil edəcək! Ölkə finalında ekspertlər tərəfindən ən potensiallı startap layihələri kimi seçilən 3 startap layihəsi uyğun olaraq aşağıdakı mükafatları qazanacaqlar: – Birinci yer: 5,000 AZN, – İkinci yer: 3,000 AZN, – Üçüncü yer: 2,000 AZN. – Eyni zamanda, 1 və ya 2 qalib layihə hər il həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı”-na göndərilən kiçik bizneslər kimi proqramda iştirak etmək hüququ qazanacaqdır. Proqram çərçivəsində layihələr 1 ay ərzində Almaniyada potensial müştərilər tapmaq imkanı qazanacaqdır. – Bundan əlavə, müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, həmçinin 1 nəfər isə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat) – data və cloud servislər paketini əldə edəcəkdir. Son müraciət tarixi: 23 sentyabr 2019-cu il Müsabiqə haqqında ətraflı məlumat: http://ric.az/apply/ Özünüzə və ideyalarınıza güvənin və müraciət edin! #InnovationContest #SDGChallengeAZ #RICAZ #StartupAzerbaijan

Ən Son Məqalələr

SDU müəlliminin də iştirak etdiyi NATO-nun DEEP proqramı çərçivəsində beynəlxalq konfrans keçirilib
11 Dekabr, 2025 - 18:51 82
SDU müəlliminin də i...
“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:57 20
“İngilis dili üzrə b...
“İbtidai sinif şagirdlərinin ingilis dili biliklərinin əyləncəli şəkildə təkmilləşdirilməsi ” layihəsi icra olunmağa başlayıb
11 Dekabr, 2025 - 08:44 17
“İbtidai sinif şagir...
“Biologiyanın interaktiv tədrisi” layihəsi icra olunmağa başlayıb
28 Noyabr, 2025 - 01:29 55
“Biologiyanın intera...
Təqaüdlü Kibertəhlükəsizlik Kursuna Ödənişsiz Qoşul və Xaricdə Təcrübə Keçmək Şansı Qazan!
25 Noyabr, 2025 - 20:09 634
Təqaüdlü Kibertəhlük...
Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:11 220
Macarıstanda Təqaüd ...
Onlayn Ərəb Dili Dərslərinə Qeydiyyat! - Sərfəli Onlayn Kurs!
05 Noyabr, 2025 - 20:35 202
Onlayn Ərəb Dili Dər...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
24 Oktyabr, 2025 - 17:07 541
Xalqları birləşdirən...
Qubadlıya öz sahibləri qayıdıb
24 Oktyabr, 2025 - 17:03 565
Qubadlıya öz sahiblə...