Şənbə, 28 Fevral, 2026

“Respublika İnnovasiya Müsabiqəsi” – Qoşul və Azərbaycanı beynəlxalq proqramda təmsil et: İstanbul sizi gözləyir!


  • Dərc edildi: 22 Sentyabr, 2018 - 11:06
“Respublika İnnovasiya Müsabiqəsi” – Qoşul və Azərbaycanı beynəlxalq proqramda təmsil et: İstanbul sizi gözləyir!

İnnovativ biznes ideyası və ya layihəsi olanlar – İstanbul sizi gözləyir! Beynəlxalq “Istanbul Innovation Days 2018 on #NextGenGov” proqramına birbaşa çıxış verən “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan 2018 innovasiya proqramına müraciətlər davam edir! Elə indi “Respublika İnnovasiya Müsabiqəsi”-nə müraciət etməklə Azərbaycanı 2018-ci il noyabr ayında, İstanbul şəhərində keçiriləcək “Istanbul Innovation Days 2018” proqramında təmsil etmək şansını qazanın! Son müraciət tarixi: 30 sentyabr 2018-ci il Müraciət forması: http://sil.vc/accelerators/sdg-innovation-challenge/ Proqram özünün öyrədici strukturuna görə proqrama qəbul olunan innovativ layihə və ideya müəlliflərinə çox vacib proqress xətti təklif edir. İndi isə gəlin “Respublika İnnovasiya Müsabiqəsi” proqramı ilə daha ətraflı tanış olaq. Kimlər bu proqramda iştirak edə bilər? Innovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, innovativ layihə müəllifləri, müəllim, tədqiqatçı və s. peşənizdən asılı olmayaraq “Respublika İnnovasiya Müsabiqəsi” bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır. Müraciətlər ən azı bir Dayanıqlı İnkişaf Məqsədinə (SDGs) aid olan problemin həllinə yönəlməlidir. Hansı ideyalarla müraciət etmək olar? Proqrama iqtisadi, ekoloji və sosial sahələrə aid innovativ layihə və ya ideya ilə müraciət edə bilərsiniz. İstənilən bir sahəyə aid olan yeni, kreativ və orijinal ideyanız ilə elə indi müraciət edin. Proqrama qəbul olan layihələri nə gözləyir? "Respublika İnnovasiya Müsabiqəsi" 4 əsas mərhələdən ibarətdir: Mərhələ 1: Kamp (Bootcamp) – 8-9 oktyabr 2018-ci il Azərbaycan üzrə nəticələrə görə, proqrama qəbul olunan 15 innovativ layihə komandası “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər. Mərhələ 2: İntensiv pre-akselerasiya proqramı – 10 – 18 oktyabr 2018-ci il İki günlük bootcamp bitdikdən sonra komandalar ölkədaxili koçinq sessiyalarına başlayırlar.

Burada komandalar ekspertlər tərəfindən vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar. Mərhələ 3: Ölkə Finalı – 19 oktyabr 2018-ci il Ölkə daxili koçinq sessiyalarından sonra komandalar beynəlxalq ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında “Istanbul InnovationDays 2018 on #NextGenGov ”proqramına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ölkə finalı qalibi olan startap komandası 2018-ci ilin noyabr ayında İstanbul şəhərində keçiriləcək “Istanbul Innovation Days 2018”proqramına vəsiqə qazanacaqdır. Mərhələ 4: "Istanbul Innovation Days 2018" – Istanbul, 27 – 29 noyabr 2018-ci il Ölkə Finalının qalib startap komandası dünyanın qabaqcıl investorları və ekspertlərinin iştirak edəcəyi “Istanbul Innovation Days 2018” beynəlxalq proqramında ölkəmizi təmsil edəcək. Nə qazanacaqsınız? Bu il Azərbaycandan proqrama qəbul olunacaq 15 startap komandası pre-akselerator proqramı çərçivəsində proqres edərək İstanbulda keçiriləcək qlobal proqramda iştirak vəsiqəsi və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar! “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalının mükafatları: – “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalı qalibi bütün xərcləri qarşılanaraq 27-29 noyabr 2018-ci il tarixlərində keçiriləcək “Istanbul Innovation Days 2018” proqramında Azərbaycanı təmsil edəcək! Ölkə finalında ekspertlər tərəfindən ən potensiallı startap layihələri kimi seçilən 3 startap layihəsi uyğun olaraq aşağıdakı mükafatları qazanacaqlar: – Birinci yer: ₼ 5,000 AZN, – İkinci yer: ₼ 3,000 AZN, – Üçüncü yer: ₼ 2,000 AZN. – Ən yaxşı “Cleantech” təklifinin müəllifi əlavə olaraq “Sil” innovasiya mərkəzi tərəfindən keçirilən ClimateLaunchpad Azərbaycan 2019 proqramına birbaşa çıxış əldə edəcək. Son müraciət tarixi: 30 Sentyabr 2018-ci il Özünüzə və ideyalarınıza güvənin və müraciət edin! Müraciət forması: http://sil.vc/accelerators/sdg-innovation-challenge/ Suallarınız olarsa “Social Innovation Lab” Facebook səhifəsinə yazaraq suallarınızı verə bilərsiniz.

Ən Son Məqalələr

SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 231
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 233
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 223
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 421
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 94
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 287
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 415
Ödənişsiz və Təqaüdl...
Məktəblərdə Metodist kimi fəaliyyət göstərmək istəyənlərin nəzərinə! - Müsabiqə
24 Yanvar, 2026 - 17:56 499
Məktəblərdə Metodist...
Qarabağda iş imkanları - Aktiv Vakansiyalar!
24 Yanvar, 2026 - 16:07 636
Qarabağda iş imkanla...