Rumıniya Milli Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Təqaüd proqramına bakalavriat və magistratura səviyyələri üzrə 35, doktorantura səviyyəsi üzrə 45 yaşadək şəxslər müraciət edə bilərlər. Proqramın tədris dili rumın dilidir. Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar cari ilin aprelin 5-dək Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları ərzində veriləcəyi gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. ---------------------------------- Rumıniyada Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) - 2019/20 Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2011-ci il tarixində Buxarest şəhərində imzalanmış müqaviləyə uyğun olaraq, Rumıniya Milli Təhsil Nazirliyi 2019/2020- ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir: Ümumi məlumat və müraciət forması 2 Müraciət forması/müsahibə 2 Maliyyələşmə 3 Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar 3 Tələb olunan sənədlər 5 Əlaqə 6 2 Ümumi Məlumat Təhsil səviyyəsi: bakalavriat və magistratura- 3 yer, doktorantura-2 yer Yaş həddi: bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək Tədris dili: rumın Müraciət üçün son tarix: 05.04.2019 Müraciət forması: Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməli - https://www.app.htp.edu.az - Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcəkdir; Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur; Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır; Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır; Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur; Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya tərəfinə təqdim ediləcəkdir; Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Rumıniya tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcəkdir; - *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır. 3 Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları ərzində təqdim olunması gözlənilir. Maliyyələşmə: Təhsil haqqı; Yataqxana xərci; Aylıq təqaüd: - Bakalavriat təhsil səviyyəsi üçün 65 avro; - Magistratura təhsil səviyyəsi üçün 75 avro; - Doktorantura təhsil səviyyəsi üçün 85 avro. Nəqliyyat xərci (Rumıniya təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycanda Respublikası Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir). Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər: Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur); İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır; Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 300, digər sahələr üzrə ən azı 400 bal toplamalıdırlar; 4 2018/19-cu tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların (əvvəlki illərin məzunları da daxil olmaqla) akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır; DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 100 ballıq sistem üzrə isə 61 (və ya bunun ekvivalenti) baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir; Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır; Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır; Hazırlıqda təhsil alacaq şəxslər üçün rumın dilinin tədrisinin ingilis dilində aparılacağını nəzərə alaraq, iddiaçılar minimum ingilis dili bacarıqlarına (müsahibə zamanı yoxlanılacaqdır) malik olmalıdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir; Qeyd: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə 5 Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər. Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir. Tələb olunan sənədlər: 2 ədəd doldurulmuş ərizə (yüklə) Qeyd: İngilis dilində doldurulmuş Rumıniya tərəfinin ərizə forması HTP elektron ərizə sistemi üzrə qəbul sənədi hissəsinə də yüklənməlidir. CV (ingilis və ya rumın dillərində, maksimum 2-3 səhifə) doğum haqqında şəhadətnamənin surətinin tərcümə-təsdiqi; şəxsiyyət vəsiqəsinin surətinin tərcümə-təsdiqi; ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti; sağlamlıq haqqında arayış (tərcümə-təsdiqli); yaşayış yerindən arayış (tərcümə-təsdiqli); attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi; bakalavriat təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi; bakalavriat və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surətinin tərcümə-təsdiqi; Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər surətinin tərcümə-təsdiqi); 2 ədəd rəngli fotoşəkil. Qeyd 1: Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə-təsdiq olunmalıdır. 6 Əlaqə Təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb