Çərşənbə axşamı, 17 Mart, 2026

Rumıniyada Gənc Liderlər Proqramı


  • Dərc edildi: 5 Fevral, 2018 - 10:59
Rumıniyada Gənc Liderlər Proqramı

Əziz Gənclər! Gənc Liderlər Proqramı 12-ci ildir ki keçirilir. Bu il iştirakçı ölkələrin sayı rekord həddə çatıb - Albaniya, Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Belarus, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Macarıstan, Kosovo, Makedoniya, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Proqram artıq təcrübəsi və nailiyyətləri olan 25-35 yaş arası 20 gənc lideri bir araya toplayacaq. Məqsəd: regional Aspen şəbəkəsini gücləndirmək və proqressiv liderliyi cəmiyyətlərdə təşviq etməkdir. İştirakçılardan öz cəmiyyətləri qarşısında duran problemlər üzərində məsuliyyəti öz üzərinə götürmək, innovativ və fundamental həllər təklif etmək gözlənilir. Proqram Rumıniyada keçiriləcək 4 moduldan ibarət olacaq: Modul I: “Aspen Seminarı” (16 – 22 aprel, 2018) Modul II: “Müasir liderlik” (25 iyun – 1 iyul, 2018) Modul III: “Bu gün liderlik qarşısında duran problemlər” (10 - 16 sentyabr, 2018) Modul IV: “İctimai xidmət” (dekabr

, 2018) Sonuncu moduldan sonra iştirakçılardan orijinal ictimai xidmət layihəsi irəli sürmələri gözlənilir. Layihələr individual olaraq və ya qrup şəklində həyata keçirilə bilər. Layihə iştirakçıların müxtəlif bacarıqları, kreativ düşüncə və liderlik keyfiyyətlərini üzə çıxaracaq. Layihələr inkişaf, cəmiyyət, təhsil və ətraf mühit sahələrini əhatə edə bilər. Heç bir siyasi partiya təşəbbüsü ilə əlaqəsi olmamalıdır. İlin sonunda iştirakçılar layihələrini Rumıniyanın Aspen üzvləri və diqər qonaqlar qarşısında təqdim etməyə dəvət olunacaqlar. Müraciət üçün son tarix: 5 fevral 2018
Əlavə: iştirakçılar ingilis dilini prosfessional səviyyədə bilməlidir. Proqram iştirakçıların yaşayış və gündəlik bütün xərclərini qarşılayır. İştirakçılar yol xərclərini özləri qarşılamalıdır. Proqrama müraciət üçün daxil olun! Son gün: 5 fevral tarixinədək

Ən Son Məqalələr

Sahibkarlar və Biznes Qurmaq İstəyənlər: Çindən İdxal Artıq Daha Sadədir!
16 Mart, 2026 - 19:46 19
Sahibkarlar və Bizne...
Sumqayıtlı müəllimə “Örnək müəllim – 2025” adına layiq görüldü
13 Mart, 2026 - 01:27 30
Sumqayıtlı müəllimə ...
SOCAR-ın Sumqayıt və Qobustan Təlim Mərkəzlərinə sənəd qəbulu davam edir! - QEYDİYYAT
27 Fevral, 2026 - 00:08 1019
SOCAR-ın Sumqayıt və...
Autizmli gənclərin taleyi: təhsildən məşğulluğa qədər... - MÜSAHİBƏ
16 Fevral, 2026 - 22:18 439
Autizmli gənclərin t...
Məktəblilər üçün "FIRST Lego League Challenge" yarışı üzrə Respublika turniri - QEYDİYYAT
04 Fevral, 2026 - 03:47 275
Məktəblilər üçün "FI...
Azercell Tələbə Təqaüdü Proqramı 2026 - QEYDİYYAT DAVAM EDİR!
04 Fevral, 2026 - 03:32 513
Azercell Tələbə Təqa...
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb
02 Fevral, 2026 - 23:51 140
VI Azərbaycan Astron...
Digital Marketing üzrə Ödənişsiz və Təqaüdlu kursa Qeydiyyat! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 18:11 387
Digital Marketing üz...
Ödənişsiz və Təqaüdlü Proqamlaşdırma üzrə peşə hazırlığı kursu! Sonda işlə təmin olunma imkanı!
28 Yanvar, 2026 - 17:05 484
Ödənişsiz və Təqaüdl...