Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil
Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2011-ci il tarixində
Buxarest şəhərində imzalanmış müqaviləyə uyğun olaraq, Rumıniya Milli Təhsil Nazirliyi
2018/19-cu tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir:
Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura
Yaş həddi: bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək
Tədris dili: rumın
Müraciət forması:
• Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları
ərizə formasını doldurmalı və 12.04.2018-ci il 14:00-a kimi tələb olunan bütün
sənədlərin surətini (skan pdf formatında) mövzu yerinə “Romanian Scholarship
Programme” yazıb elektron poçtla [email protected] ünvanına
göndərməlidir;
• Elektron poçtla göndərilən sənədlərin əslinin yalnız 13.04.2018-ci il 16:00-dan
17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə
(Aysel Kərimliyə) təqdim olunması xahiş olunur.
Ətraflı məlumat
Seçim prosesi:
Namizədlərin sənədləri yoxlanıldıqdan sonra, sənədləri elanın tələblərinə uyğun şəkildə
vaxtında təqdim etmiş namizədlər onlarla Təhsil Nazirliyində fərdi şəkildə keçiriləcək
müsahibəyə dəvət olunacaqlar:
• Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt
vasitəsilə bildiriləcəkdir;
• Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər
müsahibəyə buraxılmayacaqdır;
• Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir,
müsahibədə audio-video çəkiliş aparılır;
• Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;
• Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Rumıniya
tərəfinə təqdim ediləcəkdir;
• Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərar Rumıniya tərəfindən
verilir.
Maliyyələşmə:
Aylıq təqaüd:
• Bakalavriat təhsil səviyyəsi üçün 65 avro;
• Magistratura təhsil səviyyəsi üçün 75 avro;
• Doktorantura təhsil səviyyəsi üçün 85 avro.
Nəqliyyat xərci: Rumıniya təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan
vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycanda Respublikası Təhsil
Nazirliyi tərəfindən maliyyələşdirilir.
Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə
mərhələsində iştirak hüququ əldə edəcəklər:
1. Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil
haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi ixtisasa uyğun
olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12
yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat
səviyyəsinin ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na
əsasən müəyyən olunur);
2. Bakalavriat və ya magistratura səviyyələrində təhsil almaq istəyən şəxslər ölkənin
ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tələbə qəbulu üzrə aparılan test
imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 300, digər sahələr üzrə ən azı
400 bal toplamalıdırlar;
3. Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən
iddiaçıların attestat və ya orta ixtisas diplomu üzrə ümumi orta müvəffəqiyyət
göstəricisi (ÜOMG) 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 61
baldan aşağı olmamalıdır;
4. DİM (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən gənclərin akademik
göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq
olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə
mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;
5. Rumıniya ali təhsil müəssisələrinə daxil olanlar və ya hazırda təhsil alan şəxslər,
eyni zamanda ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və
ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu
tamamlamamış olmalıdır;
6. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların
əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı
olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari
ÜOMG də 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır.
7. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə
əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların
sənədləri qəbul edilməyəcəkdir;
8. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən
(...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə
uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin
edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil
səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;
9. Namizədlər bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız
bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Digər təqaüd proqramlarına
müraciət etmiş namizədlərin sənədləri nəzərə alınmayacaq və etibarsız hesab
ediləcəkdir.
Tələb olunan sənədlər:
• ərizə forması (əlavədədir);
• CV (ingilis və ya rumın dillərində, maksimum 2-3 səhifə)
• doğum haqqında şəhadətnamənin surəti;
• şəxsiyyət vəsiqəsinin surəti;
• ümumvətəndaş pasportunun surəti;
• sağlamlıq haqqında arayış
• yaşayış yerindən arayış;
• attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər
üçün) surəti;
• bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə
müraciət edənlər üçün) surəti;
• bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavə (doktorantura
dərəcəsinə müraciət edənlər üçün) surəti;
• 2 ədəd fotoşəkil.
Qeyd 1: Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi
notarial qaydada ingilis dilinə tərcümə-təsdiq olunmalıdır.
Qeyd 2: Son müraciət tarixi 12.04.2018-ci il, 14:00-dır.
Əlaqə
Təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] elektron ünvanına və
ya Rumıniya Milli Təhsil Nazirliyinin əməkdaşı xanım Ana Anghelescu`ya (tel:
+40214055705, e-mail: [email protected]) ünvanlaya bilərsiniz.
application_form_2018-2019